Son dəqiqə
ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub - FOTOLənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDISEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"Kanadada "Venger ofsaydı" qaydaları üzrə ilk qol vurulduMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOGəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO
Cəmiyyət

Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO

Bu gün
17:00
0 baxış
Paylaş:

Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?

Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?

Bəs süfrələrimizə bu qədər baha başa gələn alçalar necə yetişdirilir?

Alçanın 84 qramı 7 manata satılır. Həmin qabın içində isə cəmi beş alça var.

Paytaxt bazarlarında yazın ən çox gözlənilən meyvələrindən olan alça yenə yüksək qiymətlərlə satışa çıxarılıb.

Gundem.today xəbər verir ki, İctimai TV-nin qz tutduğu bazarda alçanın bir kiloqramı 100 manata təklif olunur. Satıcılar buna səbəb kimi məhsulun azlığını və becərilməsinə çəkilən yüksək xərcləri göstərirlər.

Satıcıların sözlərinə görə, hazırda satış zəifdir. Əksər alıcılar alçanı kilo ilə deyil, qablarla alırlar. Bəzi qablarda səkkiz-doqquz ədəd alça olur və onlar 10 manata satılır. Məhsulun Göyçay, Şəmkir və digər rayonlardan gətirildiyi bildirilir.

Alıcılar isə bildirirlər ki, qiymətlər baha olsa da, bəzən evdə uşaq, xəstə və ya hamilə qadın olduğu üçün bu meyvəni almağa məcbur olurlar. Bəziləri isə qiymətlərin mövsüm yaxınlaşdıqca ucuzlaşacağını düşünərək gözləməyə üstünlük verirlər.

Kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib ki, meyvələrin bazara daha tez çıxarılması üçün müxtəlif aqrotexniki üsullardan istifadə olunur. Bu üsullar məhsulun daha tez yetişməsinə kömək edir və təhlükəsiz hesab olunur.

Onun sözlərinə görə, bəzi hallarda hormonal maddələrdən və etanol qazından istifadə edilir. Həmin qaz istixana şəraitində yetişdirilən ağacların ətrafına verilir və meyvələrin vaxtından əvvəl yetişməsinə şərait yaradır. Lakin bu maddələr normadan artıq istifadə edilərsə, zərərli ola bilər.

Ekspert vurğulayıb ki, elmi əsaslara uyğun şəkildə yetişdirilən meyvələrin sağlamlığa zərəri yoxdur. Mütəxəssislər bildirirlər ki, hormonal maddələrin təhlükəsi alçaya aid edilmir. Çünki alça əsasən yaşıl, yəni tam yetişməmiş halda yığılır və satışa çıxarılır. Zərərli təsirlər isə əsasən meyvə tam yetişdikdən sonra üzə çıxır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Alça#Mövsümi_meyvələr

Oxşar Xəbərlər

Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDICəmiyyət

Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Lənkəranda baş verən bədbəxt hadisə nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Bu gün
18:360
Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTOCəmiyyət

Gəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTO

Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Bu gün
17:540
Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilərCəmiyyət

Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər

Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.

Bu gün
17:480
Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ olduCəmiyyət

Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.

Bu gün
17:390