
Bakıda təkər təmiri sexində yanğın olub - VİDEO
Bakı şəhəri, Xətai rayonunda təkər təmiri sexində yanğın olub.
Bakı şəhəri, Xətai rayonunda təkər təmiri sexində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Gundem.today-a verilən məlumata görə, yanğın qısa müddətdə söndürülüb.
A post shared by Gundem.today (@oxuaz)
"FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 65 m² olan təkər təmiri sexində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAzyaşlıya sükan həvalə edən sürücü CƏZALANDIRILDI - FOTO - VİDEO
Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntü araşdırılıb. Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, "Hyundai" markalı avtomobilin sürücüsü Telman Rüstəmovun nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib.
HadisəYük avtomobili ödənişli yolda aşdı - VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda çoxtonnajlı avtomobil aşıb.
HadisəBakıda moped və motosikletlərin səbəb olduğu AĞIR QƏZALARIN GÖRÜNTÜLƏRİ
"Son günlər qeydə alınan yol-nəqliyyat hadisələri bir daha göstərir ki, motosiklet və mopedlə hərəkət zamanı ən kiçik səhv belə ağır nəticələrə gətirib çıxara bilir. Təkcə ötən gün baş verən beş qəzadan üçü bu nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb".
HadisəLənkəranda ağac hərəkətdə olan avtomobilin üzərinə aşdı: İki qadın xəsarət aldı - FOTO
Lənkəranda ağac avtomobilin üstünə aşıb, xəsarət alanlar var.