
Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.
Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişiklik olub.
Gundem.today xəbər verir ki, bununla bağlı "BakuBus" MMC məlumat yayıb.
Bildirilib ki, Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.
Bundan başqa, Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedə bilmir. Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - 10.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CəmiyyətGünel Aslanova vəzifəsindən ayrıldı
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova vəzifəsindən ayrılıb.
CəmiyyətÖlkə gündəmini silkələyən bacılar: Prezident təqaüdçüləri Oksford və Kembricə gedən uğur hekayəsindən danışdılar - VİDEO
Onlar bir vaxtlar universitetə böyük arzularla gəlmişdilər. Bu gün isə həmin arzuların növbəti mərhələsini gerçəkləşdirirlər. Məktəbdə, universitetdə birgə təhsil alan Həmidə və Nəzrin Sadıqova bacıları indi Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin magistratura proqramlarına qəbul olublar. Bu addım isə onların hekayəsində son yox, yeni uğurların başlanğıcıdır.
CəmiyyətBazarda təkərlərin istehsal ili saxtalaşdırılaraq təzə kimi satılır - XƏBƏRDARLIQ - VİDEO
Elan saytlarında və sosial şəbəkələrdə istehsal ili saxtalaşdırılan avtomobil şinləri satılır.