
İran danışıqlar üçün Pakistana getməkdən imtina edib?
İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bagir Qalibaf ölkəni tərk etməyiblər. Hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz dövlət vəzifələrini fəal şəkildə icra etməyə davam edirlər.
İranın xarici işlər naziri Abbas Əraqçı və parlamentin sədri Məhəmməd Bagir Qalibaf ölkəni tərk etməyiblər. Hər iki rəsmi şəxs hazırda Tehrandadır və öz dövlət vəzifələrini fəal şəkildə icra etməyə davam edirlər.
Gundem.today-ın məlumatına görə, bu barədə "Tasnim" informasiya agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrində İranın danışıqlar qrupunun amerikalılarla görüşmək üçün Pakistanın paytaxtı İslamabada getməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır və yalandır. İranın digər informasiya agentliyi olan "Fars" da nümayəndə heyətinin Pakistana səfəri barədə xəbərləri təkzib edib. Bildirilib ki, Livan ərazisində atəşkəs əldə olunana qədər Tehran ABŞ tərəfi ilə hər hansı sülh danışıqlarında iştirak etməyi planlaşdırmır.
Xatırladaq ki, bir qədər əvvəl "The Wall Street Journal" nəşri ABŞ ilə münaqişənin həlli istiqamətində danışıqlar aparmaq məqsədilə İran nümayəndə heyətinin cümə axşamı gecə saatlarında İslamabada çatdığını yazmışdı. Həmin məqalədə iddia olunurdu ki, nümayəndə heyətinə İranın xarici işlər naziri və parlament sədri rəhbərlik edirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.
DünyaYaxın günlərdə Yer kürəsini maqnit qasırğaları bürüyəcək - FOTO
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri yaxın günlərdə geomaqnit şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq ediblər.
DünyaTrampdan Orbana BÖYÜK JEST: Macar xalqını ona səs verməyə çağırdı - FOTO
"2022-ci ildə Viktor Orbanın yenidən seçilməsini qürurla dəstəkləmişdim və bunu bir daha etmək mənim üçün böyük şərəfdir".
DünyaAvstraliyanın Yaxın Şərqə göndərdiyi kəşfiyyat təyyarəsinin missiyası bəlli oldu
"Avstraliyanın kəşfiyyat təyyarəsi - "E-7A Wedgetail"dən alınan məlumatlar ABŞ-nin təmsil olunduğu Birləşmiş Hava Əməliyyatları Mərkəzinə daxil olur və yalnız müdafiə məqsədləri üçün istifadə edilir".