Son dəqiqə
"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyürSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEOAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVABEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEONaxçıvanda yeni direktor təyinatları olubBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Bakıda üç sərgi və forum keçirilir - FOTO
Bakıda üç sərgi və forum keçirilir - FOTO
İqtisadiyyat

Bakıda üç sərgi və forum keçirilir - FOTO

Bu gün
10:19
0 baxış
Paylaş:

Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

Gundem.today xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan "Caspian Agro Week" və "InterFood Azerbaijan" müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə təşkilati dəstək göstərir.

"Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgiləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

İndiyədək sərgilərdə iştirakını dünyanın 45 ölkəsindən 447 şirkət təsdiq edib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Kot-d'İvuar, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxıstan, Rusiya, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.

Daha çox foto burada: PhotoStock.az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Bakı#kənd_təsərrüfatı_sərgisi#aqrar_sərgi#Caspian_Agro_Week#InterFood_Azerbaijan#Horeca_Caspian#qida_sənayesi_sərgisi#beynəlxalq_forum#Kənd_Təsərrüfatı_Nazirliyi#AQTA#KOBİA

Oxşar Xəbərlər

Daha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTOİqtisadiyyat

Daha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO

İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.

Bu gün
11:470
Nazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"İqtisadiyyat

Nazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"

"Bu il yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək".

Bu gün
11:040
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTOİqtisadiyyat

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTO

"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".

Bu gün
10:420
İranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdıİqtisadiyyat

İranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdı

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Fars körfəzindəki gəmilərə etdiyi hücumlar səbəbindən dünya bazarında neftin qiyməti təqribən 6% bahalaşıb.

Bu gün
02:060