Son dəqiqə
"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyürSərxoş olub maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEOAzərbaycana yüksəkdozalı C vitamini preparatının idxalı dayandırılır? - RƏSMİ CAVABEmin Ağalarov "Bakı Marafonu 2026" ilə bağlı paylaşım edib - VİDEONaxçıvanda yeni direktor təyinatları olubBakı və Qarabağda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər yaradıldı - SİYAHI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Daha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO
Daha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO
İqtisadiyyat

Daha doqquz KOB subyektinə "Startap" şəhadətnaməsi verilib - FOTO

Bu gün
11:47
0 baxış
Paylaş:

İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.

İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.

Gundem.today xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən "Startap" şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.

"Startap" şəhadətnamələri "Yumo Technology" MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, "Myad Solutions" MMC-nin "Admein.az" layihəsi (taksilərdə interaktiv reklam platforması), "Mergen Aİ" MMC-nin "HAL-X" ixtisaslaşdırılmış süni intellekt modeli, "AD Libitum Solutions" MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, "Baysart" MMC-nin "Süni İntellektlə İncəsənət" platforması, "Tanz Technologies" MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya ("Omnichannel") platforması, "İnnovation Media Services" MMC-nin "İnnMedia" layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), "Devlab" MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim olunub.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#startap_şəhadətnaməsi#KOBİA#mikro_və_kiçik_sahibkarlar#mənfəət_vergisi_güzəşti#innovasiya_fəaliyyəti#süni_intellekt_layihələri#vergi_azadolması#KOB_subyektləri#biznesin_inkişafı#startap_müraciəti

Oxşar Xəbərlər

Nazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"İqtisadiyyat

Nazir: "Yağışlar taxılçılığa müsbət, meyvəçiliyə mənfi təsir edə bilər"

"Bu il yağışların bolluğu taxılçılıq sektoruna müsbət təsir edəcək".

Bu gün
11:040
Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTOİqtisadiyyat

Azərbaycan Çinə fındıq və badam ixrac edəcək - FOTO

"Azərbaycan Çinə fındıq və badam ixrac edəcək".

Bu gün
10:420
Bakıda üç sərgi və forum keçirilir - FOTOİqtisadiyyat

Bakıda üç sərgi və forum keçirilir - FOTO

Bakıda "Caspian Agro Week" - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, "InterFood Azerbaijan" - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, "Horeca Caspian" - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçirilir.

Bu gün
10:190
İranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdıİqtisadiyyat

İranın BƏƏ-yə hücumu fonunda neft bahalaşdı

İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Fars körfəzindəki gəmilərə etdiyi hücumlar səbəbindən dünya bazarında neftin qiyməti təqribən 6% bahalaşıb.

Bu gün
02:060