
Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ - VİDEO - FOTO
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib.
Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır.
Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir.
Qeyd edək ki, yolun sözügedən hissəsinin yeni təmir olunduğu görünsə də, görülən işin keyfiyyəti ilə bağlı suallar yaranır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəBakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı
Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.
HadisəXaçmazda dəhşətli qəza: Ölənlər var
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəBakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var
Bakıda iki nəfər dəm qazından zəhərlənib.
HadisəKürdəmirdə fərdi yaşayış evində YANĞIN - Ölən var
Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib.