
"Duty free"də satışlara nəzarət artırılır - YENİ QAYDALAR
Rüsumsuz ticarət ("duty free") xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
Rüsumsuz ticarət ("duty free") xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, rüsumsuz ticarət idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilmiş xarici malların gömrük ərazisini tərk edən fiziki şəxslərə şəxsi istifadə (istehlak) üçün pərakəndə qaydada rüsumsuz ticarət mağazalarında satılmasını nəzərdə tutan xüsusi gömrük prosedurudur.
Daxili malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilərək satışı gömrük orqanlarının icazəsi ilə həyata keçiriləcək.
Malların rüsumsuz ticarəti xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
Həmçinin rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazi gömrük nəzarəti zonası hesab olunacaq.
Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında malların yerləşdirilməsi və satışı gömrük orqanlarının nəzarəti ilə həyata keçiriləcək.
Sənəddə qeyd olunur ki, rüsumsuz ticarət mağazası ləğv edildikdə rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallar təkrar ixrac və ya bütün gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, bu mümkün olmadıqda isə müvəqqəti saxlanc və ya gömrük anbarında yerləşdirilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatDeputat: "Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
"Min manat borcu olan vətəndaşın ölkədən çıxışını məhdudlaşdırmağa nə ehtiyac var?"
İqtisadiyyat"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib - FOTO
"Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbir keçirilib.
İqtisadiyyatGömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
İqtisadiyyatPirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR
Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilə, yaxud onlardan dövlətin xeyrinə imtina olunacaq.