Son dəqiqə
Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardıUitkoff və Kuşnerin Pakistan səfəri baş tutmayıbBaş nazir Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedibİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİFIFA qadın millilərin yeni reytinq siyahısını təqdim etdi: Azərbaycan neçənci sıradadır?Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər
Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər
İqtisadiyyat

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Bu gün
19:06
0 baxış
Paylaş:

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Lakin bu əməliyyatlardan sui-istifadə edən şəxslər də az deyil. Belə ki, bəzi sahibkarlar vergilərdən yayınmaq məqsədilə əldə etdikləri gəlirləri gizlətmək üçün təqdim etdikləri malların, xidmət və ya işlərin dəyərini kassa aparatı, POS-terminal və ya bank hesabı vasitəsilə yox, sadəcə adi vətəndaş qismində öz adlarına açdırdıqları bank kartları ilə "Card to Card" köçürmələri həyata keçirərək qəbul etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə banklar tərəfindən şübhəli hesab edilən kart əməliyyatlarına dair məlumatlar vergi orqanlarına təqdim olunur və vergi orqanları həmin vətəndaşlara bu əməliyyatlara görə vergilər hesablayır.

Bəs görəsən bu məsələ ilə əlaqədar qanunvericilik nə nəzərdə tutur?

Gundem.today xəbər verir ki, bununla bağlı Vəkillər Kollegiyasının üzvü, vergi sahəsi üzrə ekspert Elvin Şərifov "Report"a açıqlamasında bildrib ki, "Banklar haqqında" qanunun 41-ci maddəsinə əsasən şəxsin kart məlumatları bank sirri kateqoriyasına daxildir və banklar bu məlumatları yalnız şəxsin özünə, onun səlahiyyətli nümayəndəsinə və ya yazılı razılığı əsasında digər üçüncü tərəflərə təqdim edə bilərlər.

"Yəni şəxs özü yazılı qaydada razılıq vermədiyi halda, bank onun kart məlumatlarını heç bir şəraitdə vergi orqanına ötürə bilməz. Bu qanunu pozan banklar isə qanunvericiliklə müəyyən edilmiş maddi məsuliyyət daşıyırlar. Başqa sözlə, belə vəziyyətlərlə üzləşən şəxslər banklara qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət etmək hüququna malikdirlər. "Banklar haqqında" qanuna əsasən bank yalnız Vergi Məcəlləsində nəzərdə tutulmuş prosedura uyğun olaraq məlumatları vergi orqanına təqdim edə bilər ki, həmin məlumatlar da məhz adi vətəndaşa deyil, vergi ödəyicisinə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aid olmalıdır. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi orqanları adi vətəndaşlara deyil, yalnız vergi ödəyicisinə aid olan bank məlumatlarını kredit təşkilatlarından tələb edə bilər", - E. Şərifov qeyd edib.

Eyni zamanda ekspert vurğulayır ki, Vergi Məcəlləsinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də vergi orqanında vergi ödəyicisi qismində qeydiyyata alınmalıdır. Əgər belə şəxslər qəsdən vergi uçotuna alınmaq üçün ərizə ilə müraciət etmirlərsə, vergi qurumları onları öz təşəbbüsü ilə vergi uçotuna alır və bu barədə onlara rəsmi bildiriş göndərirlər. Bundan əlavə, Vergi Məcəlləsinə görə gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi vergitutma obyektləri sırasına daxildir. Vergi yoxlamaları aparıldıqda, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisinin xeyrinə olan şərtləri aydınlaşdırmalıdırlar.

"Beləliklə, vergi qanunvericiliyinə əsasən hətta bank məlumatlarını hər hansı formada əldə etmiş vergi orqanları həmin şəxslərin doğrudan da sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsbit etməli (həmin şəxsin VÖEN-nin mövcudluğu, hansı növ mal, iş və ya xidmət təqdim edib-etməməsi, kart hesabına daxil olan ödənişlərin mənbəyinin araşdırılması və sair) və buna tam əmin olduqdan sonra həmin şəxsi vergi uçotunda olmadığı təqdirdə onu qeydiyyata almalı və vergilərin hesablanması məsələsinə baxmalı, vergi uçotunda olduğu halda isə birbaşa vergilərin hesablanması prosesinə keçə bilər", - Vəkillər Kollegiyasının üzvü vurğulayır.

Başqa sözlə, vergi qanunvericiliyindən aydın görünür ki, vergi orqanları yalnız vətəndaşın banklardan əldə olunmuş bank məlumatlarını təhlil edərkən həmin şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını sübuta yetirdikdə ona əlavə vergilərin hesablanmasını həyata keçirmək səlahiyyətinə malikdirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Kartdan-karta_köçürmə_əməliyyatı_(Card-to-Card)#Vəkillər_Kollegiyası#POS-terminal#Bank_kartları

Oxşar Xəbərlər

Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardıİqtisadiyyat

Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardı

Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.

Bu gün
21:360
Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandıİqtisadiyyat

Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Bu gün
21:180
Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladıİqtisadiyyat

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.

Bu gün
20:560
Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alırİqtisadiyyat

Nazirlik təhsil müəssisələri üçün 18 milyonluq məhsul alır

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələri üçün mebel, idman inventarları və digər təyinatlı məhsullar alacaq.

Bu gün
17:540