Son dəqiqə
ABŞ-İsrail-İran gərginliyi turizm bazarını silkələdi: Azərbaycana necə təsir edib? - VİDEOAvropa çempionatı: Azərbaycan güləşçiləri günü iki bürünc medalla başa vurublarSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - DİREKTORDAN AÇIQLAMA - VİDEOSinif yoldaşını yandıran şagird spirti termosa töküb gətiribmiş - YENİ DETALLAR - VİDEOİtaliyada 50 futbolçunun adı gecə əyləncələrində hallandıMaliyyə Nazirliyində kollegiya iclası: Dövlət büdcəsi ilə bağlı yeni rəqəmlər açıqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı
Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı
İqtisadiyyat

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarladı

Bu gün
20:56
0 baxış
Paylaş:

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Məlumata görə, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, "Gəncə İdman Sarayı"nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, "Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində" inşa olunan yaşayış binası üzrə artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib.

Auditdə qeyd olunub ki, "Gəncə İdman Sarayı"nın tikintisi üzrə torpaq və bünövrə işlərinin sonradan yeni dəyərlə təkrar daxil edilməsi müqavilə dəyərinin 6 164 850,38 manat artırılması ilə nəticələnib. Eyni zamanda layihə üzrə smetada nəzərdə tutulmayan bəzi avadanlıqların alınmaması və digər uyğunsuzluqlar işlərin dəyərinin əlavə olaraq 3 355 323 manat artmasına səbəb olub.

Hesablama Palatası həmçinin bildirib ki, yerində baxış zamanı artıq göstərildiyi müəyyən edilmiş 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə ödənilməklə bərpa edilib.

Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Gəncə_şəhəri#Hesablama_Palatası

Oxşar Xəbərlər

Maliyyə Nazirliyində kollegiya iclası: Dövlət büdcəsi ilə bağlı yeni rəqəmlər açıqlandıİqtisadiyyat

Maliyyə Nazirliyində kollegiya iclası: Dövlət büdcəsi ilə bağlı yeni rəqəmlər açıqlandı

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Bu gün
22:200
Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardıİqtisadiyyat

Hesablama Palatası Elm və Təhsil Nazirliyində nöqsanlar üzə çıxardı

Hesablama Palatası təhsil sisteminin informasiyalaşdırılmasında çatışmazlıqlar aşkarlayıb.

Bu gün
21:360
Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandıİqtisadiyyat

Yol təsərrüfatında milyonluq uyğunsuzluq: Rəsmi hesabat yayımlandı

Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Bu gün
21:180
Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilərİqtisadiyyat

Bank kartına pul köçürülənlərin DİQQƏTİNƏ - Vergi orqanı sizi araşdıra bilər

Son dövrlər məlum olduğu kimi vətəndaşlar arasında "Card to Card" əməliyyatları geniş vüsət alıb. Bunun əsas səbəbi insanların vaxta qənaət edərək, daha rahat və sürətli formada bir-birinə pul köçürmələrini reallaşdıra bilmə imkanıdır.

Bu gün
19:060