
"Barselona"da CİDDİ İTKİ: Ulduz futbolçu sıradan çıxdı - FOTO
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Rafinya zədələnib.
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Rafinya zədələnib.
Gundem.today xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, braziliyalı vinger milli komandanın məşqində iştirak edərkən ayaq əzələsindən xəsarət alıb. Tibbi yoxlamalardan sonra 29 yaşlı oyunçunun təxminən 5 həftə ərzində komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Bu zədə səbəbindən o, bir sıra həlledici qarşılaşmalarda, o cümlədən "Atletiko"ya qarşı 3 kritik matçda (2-si Çempionlar Liqası, 1-i La Liqa) iştirak edə bilməyəcək. Həmçinin, futbolçu "Espanyol"la derbini, eləcə də "Selta Viqo" və "Xetafe" ilə görüşləri buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 31 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Xabi Alonsonun baş məşqçi postunda Alvaro Arbeloa ilə əvəzlənməsindən sonra "Real Madrid" klubunda olduqca toksik bir mühit yaranıb.
İdman"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO
"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir.
İdmanAFFA-dan "Qarabağ"a çox SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
İdmanAFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.