Son dəqiqə
Yayda voleybol komandalarımızı hansı beynəlxalq yarışlar gözləyir? - VİDEOİrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər""17 ildir ev vermirlər" - Gözdən əlilliyi olan qadın niyə mənzillə təmin olunmur? - VİDEOPaşinyan nöqtəni qoydu: "Ermənilərin Qarabağa qayıdışını müzakirə etmirik" - VİDEOXırdalanda avtobus səki ilə hərəkət etdi - VİDEOTramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu
BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu
Dünya

BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu

Bu gün
23:32
0 baxış
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.

Gundem.today xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, havada zərərsizləşdirilən obyektlər arasında 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatı (PUA) olub. Nazirliyin məlumatına görə, HHM sistemləri bütün hədəfləri uğurla məhv edərək mümkün təhlükəni dəf edib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.

Gundem.today xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Bundan əvvəl PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyi bildirilmişdi.

Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.

İran tərəfi isə bu hadisələrlə bağlı ittihamları qəti şəkildə rədd edib. İran dövlət teleradiosu yüksəkrütbəli hərbi rəsmiyə istinadən bildirib ki, rəsmi Tehran BƏƏ-yə qarşı hər hansı hücum həyata keçirməyib.

Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.

Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Qanadlı_raket

Oxşar Xəbərlər

İrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"Dünya

İrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"

"Əgər Əbu-Dabi mövcud vəziyyətdə Tehrana qarşı hər hansı bir qeyri-rasional addım atmaq qərarına gələrsə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) regiondakı maraqları İran silahlı qüvvələrinin hədəfinə çevriləcək".

Bu gün
00:000
Tramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdıDünya

Tramp Cənubi Koreyanı Hörmüz boğazındakı əməliyyatlara qoşulmağa çağırdı

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya hökumətini Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak məsələsinə baxmağa çağırıb.

Bu gün
23:360
BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu - VİDEODünya

BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu - VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.

Bu gün
23:320
Zelenskidən gözlənilməz gediş: Mayın 6-da nə baş verəcək?Dünya

Zelenskidən gözlənilməz gediş: Mayın 6-da nə baş verəcək?

Ukrayna Prezidenti Volodimir Zelenski 6 may saat 00:00-dan etibarən "sükut rejimi"nin tətbiq olunacağını bəyan edib.

Bu gün
23:220