Son dəqiqə
Trampın çıxışı zamanı Ağ Ev yaxınlığında atışma səsləri eşidildiJuninyo "Qarabağ"a qayıdır?Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı-FOTOHindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı - FOTOYayda voleybol komandalarımızı hansı beynəlxalq yarışlar gözləyir? - VİDEOİrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu - VİDEO
BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu - VİDEO
Dünya

BƏƏ-dən İranın hücumuna SƏRT CAVAB: Bütün raketlər vuruldu - VİDEO

Bu gün
23:32
0 baxış
Paylaş:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan buraxılan bir neçə hava hədəfinin qarşısını alıb.

Gundem.today xəbər verir ki, bu barədə ərəb dövlətinin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, havada zərərsizləşdirilən obyektlər arasında 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatı (PUA) olub. Nazirliyin məlumatına görə, HHM sistemləri bütün hədəfləri uğurla məhv edərək mümkün təhlükəni dəf edib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə İran tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində üç Hindistan vətəndaşı xəsarət alıb.

Gundem.today xəbər verir ki, bu barədə BƏƏ hökumətinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamaya əsasən, orta ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Bundan əvvəl PUA hücumu səbəbindən kompleksin ərazisində güclü yanğının başladığını, mülki müdafiə qüvvələrinin alovun söndürülməsinə cəlb edildiyi bildirilmişdi.

Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin tabeliyindəki Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

"Gəmidə yanğın başlayıb və heyət yaxınlıqdakı su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını xahiş edib. Hazırda yanğının başvermə səbəbləri müəyyənləşdirilir. Ekoloji fəsadlar barədə hər hansı məlumat yoxdur", - deyə UKMTO-nun açıqlamasında qeyd olunur. Mərkəz bu hadisəni şübhəli fəaliyyət kimi təsnifatlandırıb.

İran tərəfi isə bu hadisələrlə bağlı ittihamları qəti şəkildə rədd edib. İran dövlət teleradiosu yüksəkrütbəli hərbi rəsmiyə istinadən bildirib ki, rəsmi Tehran BƏƏ-yə qarşı hər hansı hücum həyata keçirməyib.

Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri İran tərəfindən dörd qanadlı raketin buraxıldığını qeydə alıblar.

Gundem.today xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Onlardan üçü ölkənin ərazi suları üzərində uğurla zərərsizləşdirilib, daha biri isə dənizə düşüb", - deyə məlumatda bildirilir.

Nazirlikdən qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər hava hədəflərinin məhv edilməsinin nəticəsi olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Qanadlı_raket

Oxşar Xəbərlər

Trampın çıxışı zamanı Ağ Ev yaxınlığında atışma səsləri eşidildiDünya

Trampın çıxışı zamanı Ağ Ev yaxınlığında atışma səsləri eşidildi

ABŞ-də Ağ Ev yaxınlığında atışma səslərinin eşidildiyi bildirilir.

Bu gün
00:480
Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı-FOTODünya

Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı-FOTO

Mayın ilk günlərində Hindistan ərazisində dünyanın ən enli yeraltı avtomobil tunelinin rəsmi açılışı baş tutub.

Bu gün
00:240
Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı - FOTODünya

Hindistanda dünyanın ən geniş yeraltı tuneli açıldı - FOTO

Mayın ilk günlərində Hindistan ərazisində dünyanın ən enli yeraltı avtomobil tunelinin rəsmi açılışı baş tutub.

Bu gün
00:240
İrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"Dünya

İrandan BƏƏ-yə xəbərdarlıq: "Bütün maraqlarınız hədəfə alına bilər"

"Əgər Əbu-Dabi mövcud vəziyyətdə Tehrana qarşı hər hansı bir qeyri-rasional addım atmaq qərarına gələrsə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) regiondakı maraqları İran silahlı qüvvələrinin hədəfinə çevriləcək".

Bu gün
00:000