Son dəqiqə
Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilibİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edibİrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQGünəşdə iki güclü partlayış qeydə alınıbBakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZAİspaniyada attraksion qəzası: Xəsarət alanlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ
Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ
Dünya

Bəşəriyyətin ən böyük texnogen fəlakətinin 40-cı ili - ÇERNOBIL FACİƏSİ

Bu gün
00:18
0 baxış
Paylaş:

Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 40 il ötür.

Bu gün Çernobıl Atom Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 40 il ötür.

Gundem.today xatırladır ki, 1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib.

XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət hesab olunur. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub.

Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Ümumilikdə yeddi minə yaxın insan həyatını itirib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, onminlərlə insan isə sonsuz qalıb.

Bu qorxunc partlayış nəticəsində Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb.

Qəzadan sonra AES ətrafındakı zonadan 350 minədək insan köçürülüb, ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb ki, onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlar olub.

AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına yeddi min azərbaycanlı da cəlb edilib. Onlardan 2 000 nəfəri şüalanmadan dünyasını dəyişib, qalanları isə ömürlük əlil olublar.

Qeyd edək ki, Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

BMT aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edəndən sonra 2003-cü ilin dekabrında qurumun Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Çernobıl_AES

Oxşar Xəbərlər

Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilibDünya

Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilib

Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.

Bu gün
02:310
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edibDünya

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.

Bu gün
01:580
İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQDünya

İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.

Bu gün
01:580
Günəşdə iki güclü partlayış qeydə alınıbDünya

Günəşdə iki güclü partlayış qeydə alınıb

Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.

Bu gün
01:280