
Günəşdə iki güclü partlayış qeydə alınıb
Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.
Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.
Gundem.today xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər.
Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayış isə 17:30-da (Bakı vaxtı ilə 18:30) 4424-cü qrupda baş verib və 10 dəqiqə çəkib.
Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Bu hadisələr bəzən Günəş plazmasının uzağa atılması ilə müşayiət olunur və həmin buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPakistan "EO-3" peykini uğurla orbitə çıxarıb - VİDEO
Pakistan Yer müşahidəsi üçün nəzərdə tutulan "EO-3" elektro-optik peykini uğurla orbitə çıxarıb.
DünyaTürkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilib
Türkiyənin Mülki Aviasiya Baş İdarəsi (SHGM) uçuş təhlükəsizliyini riskə atan portativ enerji qurğularının ("Powerbank") təyyarə daxilində şarj edilməsinin qadağan olunduğunu açıqlayıb.
Dünyaİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.
Dünyaİrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ
İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt xəbərdarlıq edib.