
Beyləqanda dava: Kişi, arvadı və gəlini küçədə döyüldülər
Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.
Beyləqan rayonunda bir ailənin üç üzvü küçədə döyülüb.
Gundem.today-ın məlumatına görə, hadisə rayonun Örənqala qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini İsmayıl Məmmədov (soyadı şərtidir) özünə məxsus avtomobildə həyat yoldaşı və gəlini ilə yol gedərkən qarşıda hərəkətdə olan avtomobili ötüb keçib. Bu vaxt həmin avtomobilin sahibi olan qəsəbə sakini Səbuhi Turabov (soyadı şərtidir) qəzəblənərək maşını onların arxasınca sürüb, İsmayılın avtomobilini saxlatdırıb. O, İsmayılla mübahisə edərək, onun maşınını niyə ötdüyünü soruşub. Həmin vaxt tərəflər arasında mübahisə yaranıb və mübahisə davaya çevrilib. Həmin vaxt İsmayıl avtomobilindən taxta parçasını götürərək, Səbuhiyə hücum edib. Səbuhi taxtanı alaraq, onun özünə zərbələr endirməyə başlayıb. Həmin vaxt Səbuhinin avtomobilində olan tanışı Yaşar İsmayılın həyat yoldaşı və gəlininə hücum edib, onlara xəsarət yetirib. Səbuhi isə taxta parçası ilə İsmayıla ard-arda zərbələr endirib, onun ayağını qırıb.
Hadisə yerinə polis əməkdaşları gələnə qədər təqsirləndirilən şəxslər oradan qaçıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yaşar və Səbuhi saxlanılıblar, faktla bağlı cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub, zərərçəkmişlərə dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə Səbuhi Turabov 7 il azadlıqdan məhrum edilsə də, onun cəzası şərti hesab olunub, Yaşara isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəNizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ - ÖZƏL
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkmək adı ilə cızma-qara edərək tarixi binanın görünüşünə xələl gətirən şəxslərin törətdiyi vandalizm aktının anbaan görüntüləri əldə olunub.
HadisəMingəçevirdə 62 yaşlı qadının evində MEYİTİ TAPILDI
Mingəçevir şəhərində evdə meyit tapılıb.
HadisəPaytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - VİDEO
Ötən gün paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib. Ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən dərhal təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin hərəkəti digər istiqamətə yönləndirilib.
HadisəGöyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı - ANBAAN GÖRÜNTÜ
Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.