
Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Hansı tədbirlər görülür? - VİDEO
Paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospektinin kəsişməsindəki torpaq sürüşməsi sakinləri narahat edir.
Paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospektinin kəsişməsindəki torpaq sürüşməsi sakinləri narahat edir.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, bir müddət əvvəl eyni ərazidə yol çökmüşdü, hazırda aidiyyəti qurumlar həmin ərazidəki problemi aradan qaldırılmağa çalışır. Bununla belə, yolun digər tərəfində sürüşmə davam edir.
Normadan artıq yağan yağışlar sürüşmənin miqyasını genişləndirib.
Sakinlərin bəziləri deyirlər ki, sürüşmə zonasında yeni binaların tikilmə ehtimalı da var. Burada tikinti aparılsa, digər binalar da sürüşmənin hədəfinə çevriləcək.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən bildirilib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Artıq Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb.
Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur.
Sürüşmə zonasında tikinti işlərinin həyata keçirilməsi ilə bağlı isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirilib ki, Bakı şəhərinin təsdiq olunmuş Baş planına əsasən, sözügedən ərazi yaşayış zonası statusuna malikdir. Bununla belə, həmin ünvan üzrə hər hansı tikinti işlərinin həyata keçirilməsi üçün heç bir icazə sənədi verilməyib. Tikintiyə icazə üçün müraciət edilən zaman bir qayda olaraq mövcud qanunvericiliyin tələblərinə əsasən, bütün aidiyyəti qurumların rəsmi rəyləri, o cümlədən ərazinin geoloji vəziyyəti kimi amillər nəzərə alınaraq qərar qəbul edilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.
CəmiyyətPaytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB
Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.
Cəmiyyət"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO
Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.