
Bəzi hallarda kənd təsərrüfatı torpaqlarında yaşıllıqların kəsilməsinə icazə veriləcək
Yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir.
Yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir.
Gundem.today xəbər verir ki, sözügedən məsələ "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən əlavə və dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, yaşıllıqların götürülməsinə (Götürülmə - qanunvericiliklə müəyyən edilmiş xüsusi hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsi (kökündən çıxarılması) və ya bərpa edilməsi şərtilə kəsilməsi prosesidir - red.) məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda icazə veriləcək.
Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.
Ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatKənd təsərrüfatı torpaqlarında bitkilərin kəsilməsinə görə kompensasiya bəzi hallarda ləğv edilir
Azərbaycanda yaşıllıqların köçürülməsinə görə bəzi hallarda bərpa dəyəri (kompensasiya) ödənilməyəcək.
İqtisadiyyatMilli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib
"Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edilib.
İqtisadiyyat"Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu
"Bitcoin"in qiyməti 31 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq ticarət əməliyyatları zamanı 80 min dolları ötüb.
İqtisadiyyatKreditlərin faizləri artıb? - VİDEO
Azərbaycanda kredit faizlərinin formalaşmasında əsas amil banklara yerləşdirilən depozitlərin faiz göstəriciləridir. Bu da onu deməyə əsas verir ki, depozitlərin faizləri azaldıqda kreditlərin faizləri də azalmalı, əks halda isə artmalıdır.