Son dəqiqə
İlham Əliyevin İrəvandakı tədbirdə videobağlantı formatında çıxışının TAM MƏTNİ - FOTOİki milyon manatlıq qaçaqmal və sərhəddə dron insidenti: Apreldə nələr baş verib?Aİ Böyük Britaniyadan bazarlarına daxil olmaq üçün hər il bir milyard tələb edir"Prokurorsayağı" cinayət: Erməni lobbisinin maliyyələşdirdiyi böhtan kampaniyasının PƏRDƏARXASI"Prokurorsayağı" cinayət: Erməni lobbisinin maliyyələşdirdiyi böhtan kampaniyasının PƏRDƏARXASI - FOTOAzərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndərilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Bakı Gəmiqayırma Zavodu" MMC və "KTZ Express Shipping" arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb
"Bakı Gəmiqayırma Zavodu" MMC və "KTZ Express Shipping" arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb
Digər

"Bakı Gəmiqayırma Zavodu" MMC və "KTZ Express Shipping" arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb

Bu gün
13:04
0 baxış
Paylaş:

"AZCON Holding" şirkətlərindən olan "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Samruk-Kazına" ASC-nin şirkətlər qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki quru yük gəmisinin inşası həyata keçiriləcək.

"AZCON Holding" şirkətlərindən olan "Bakı Gəmiqayırma Zavodu" MMC ilə "Samruk-Kazına" ASC-nin şirkətlər qrupuna daxil olan "KTZ Express Shipping" şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, müasir beynəlxalq standartlara uyğun iki quru yük gəmisinin inşası həyata keçiriləcək.

"AZCON Holding" olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu layihə həm texnoloji imkanlarımızın nümayişi, həm də ölkəmizin gəmiqayırma sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu əməkdaşlıq yeni uğurlu layihələr üçün də möhkəm zəmin yaradacaq", - deyə "AZCON Holding"in icraçı direktoru Şahin Babayev qeyd edib.

"Dəniz infrastrukturunun inkişafı Qazaxıstanın tranzit potensialının açılması istiqamətində aparılan sistemli işin məntiqi davamıdır. "Qazaxıstan Temir Yolu" SC-nin şəxsi donanmasının formalaşdırılması Trans-Xəzər marşrutunun dayanıqlığını gücləndirir və yükdaşıma bazasının artırılması və beynəlxalq tərəfdaşların cəlb edilməsi üçün əlavə imkanlar yaradır", - deyə "Samruk-Kazına" ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov əlavə edib.

Bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.

Beləliklə, beynəlxalq sifarişlər üzrə tikilən gəmilərin sayı artıq 4-ə çataraq zavodun beynəlxalq bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisinə çevrilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#AZCON_Holding

Oxşar Xəbərlər

"Kontakt"dan qazan dəsti aldı, 100 000 manat qazandıDigər

"Kontakt"dan qazan dəsti aldı, 100 000 manat qazandı

"Kontakt" mağazalar şəbəkəsinin hər kəsə seçim azadlığı tanıyan "Qoşa seç, 100 000 apar" kampaniyası sevindirməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti final tədbirində daha bir ailə tam-tamına 100 000 manatlıq böyük pul mükafatının sahibi olub.

Bu gün
12:240
"Azeronline"a yeni baş müdir təyin edilirDigər

"Azeronline"a yeni baş müdir təyin edilir

Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline LTD" BM-ə yeni baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.

1 may 2026
17:140
Ədliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edibDigər

Ədliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində vətəndaşları qəbul edib.

1 may 2026
16:340
Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et!Digər

Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et!

"Yelo Bank" korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender qarantiyasını banka gəlmədən, "İnternet Bankçılıq" platforması üzərindən tam onlayn əldə edə bilərlər.

1 may 2026
16:300