
"Bəzi sevgilər internetdən başlayır": Gənc və yaşlı nəsildən fərqli cavablar - VİDEOSORĞU
4 aprel - Ümumdünya İnternet Günüdür.
4 aprel - Ümumdünya İnternet Günüdür.
İnternet artıq həyatın ayrılmaz hissəsinə çevrilib. O, informasiya əldə etmək, ünsiyyət qurmaq və gündəlik işləri daha rahat həll etmək üçün geniş imkanlar yaradır.
Bununla yanaşı, həddindən artıq istifadə vaxt itkisi, diqqət dağınıqlığı və sosial əlaqələrin zəifləməsi ilə nəticələnə bilir.
Ümumilikdə isə internet həm imkanlar, həm də müəyyən çətinliklər yaradan bir mühit kimi qəbul olunur.
Gundem.today sözügedən günlə bağlı Bakı sakinləri arasında sorğu keçirib.
Sakinlərə "İnternetin olmadığı dövr üçün darıxırsınız?", "İlk dəfə internetdə nə axtarmısınız?", "Təsəvvür edin ki, bir həftəlik internet kəsilir, nə edərdiniz?", "İnternet kəşf olunmasaydı, insanlarla necə əlaqə qurardınız?", "İnternet insanları bir-birindən uzaqlaşdırır, yoxsa yaxınlaşdırır?", "İnternetdə yazdığınız mənfi şərhi həmin şəxsin üzünə deyə bilərsiniz?" kimi suallar ünvanladıq.
Cavablar isə müxtəlif oldu. Kimi internetin zərərlərindən danışdı, kimi isə bəzi sevgi münasibətlərinin məhz sosial media üzərindən qurulduğunu bildirdi.
Ətraflı - süjetdə:
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.