
Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEO
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Elşən Əsədullayev, 48 yaşlı Seymur Mirzəyev, 46 yaşlı Namiq Həsənov və 37 yaşlı Anar Əliyev saxlanılıblar. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ
Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
KriminalBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
KriminalSələmçiliklə bağlı XƏBƏRDARLIQ - Ali Məhkəmə məlumat yaydı
Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.
KriminalÖtən gün dövlət xidmətinin rüşvətə görə saxlanılan vəzifəli şəxslərinin TAM SİYAHISI
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.