
"Bir neçə dəfə gedib-gələndən sonra avtomobili təmir etdirməli olursan" - Şəmkir sakinləri yararsız yoldan ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Şəmkir-Gədəbəy avtomobil yolunun böyük bir hissəsi uzun müddətdir yararsız vəziyyətdədir.
Gundem.today Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə Şəmkir rayonunun Çənlibel kəndi ərazisindən keçən hissədə sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yağışlı havalarda isə vəziyyət daha da ağırlaşır.
Yoldan mütəmadi istifadə edən sakinlərin sözlərinə görə, çala-çuxurlar və asfalt örtüyünün olmaması hərəkəti təhlükəli edir.
"Yol yoxdur, evə getmək üçün yanında sellofan gəzdirməlisən ki, maşınlar su etməsin", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə yolun vəziyyətinin Gədəbəy rayon mərkəzinə qədər bərbad olduğunu qeyd edib:
"Bu yolu bir neçə dəfə gedib-gələndən sonra mütləq avtomobili təmir etdirmək lazım gəlir. Yağışlı havada çala-çuxurlar görünmür, maşınlar da məcbur qalıb onların içi ilə hərəkət edir".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Şəmkir-Gədəbəy avtomobil yolunda, o cümlədən Çənlibel kəndindən keçən hissədə mövcud vəziyyət nəzərə alınaraq cari təmir işlərinin aparılması planlaşdırılır.
Qurumun məlumatına görə, hava şəraiti asfalt-beton örtüyünün keyfiyyətli bərpasına imkan verən səviyyədə sabitləşdikdən sonra həmin ərazidə yaranmış qüsurlar aradan qaldırılacaq və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə təmir işlərinə başlanılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətNazirlikdən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar ƏHALİYƏ MÜRACİƏT
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hün
CəmiyyətGeneral Müşfiq Məmmədov İŞDƏN ÇIXARILDI
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-mayor Müşfiq Məmmədov vəzifəsindən azad edilib.
CəmiyyətHava ilə bağlı yol polisindən sürücülərə MÜRACİƏT
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir.
Cəmiyyət"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEO
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Mehdi Məmmədov küçəsi, 17, yeni yaşayış massivində antisanitar vəziyyət hökm sürür.