
BMT Baş Qərargahında Bakı ilə bağlı xüsusi tədbir keçirilib - FOTO
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF13) diqqəti çəkmək məqsədilə "Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması - WUF13-ə hazırlıq" mövzusunda tədbir baş tutub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu (Forum) çərçivəsində Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumuna (WUF13) diqqəti çəkmək məqsədilə "Miqrasiya dövründə təhlükəsiz, inklüziv və davamlı şəhərlərin formalaşdırılması - WUF13-ə hazırlıq" mövzusunda tədbir baş tutub.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə reallaşan bu tədbir Forum çərçivəsində BMT Baş Qərargahında nəzərdə tutulan 18 yüksəksəviyyəli əlavə tədbirdən biri kimi müəyyənləşdirilib. Tədbirin əsas məqsədi ölkəmizdə keçiriləcək WUF13-ün qlobal təşviqinə dəstək vermək, eləcə də miqrasiya və urbanizasiya prosesləri arasındakı əlaqəni müzakirə etmək olub.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın həm qarşıdan gələn WUF13 tədbirinin ev sahibi ölkəsi, həm də "Çempion ölkələr" təşəbbüsünün cari il üçün həmsədri olduğunu vurğulayıb, bunun Beynəlxalq Miqrasiya İcmalı Forumu və WUF13 çərçivəsində aparılacaq müzakirələr arasında uzlaşmanın təmin edilməsi üçün müstəsna imkanlar yaratdığını bildirib. Miqrasiya və şəhərlərin idarə edilməsi arasında əlaqəyə toxunan xidmət rəisi miqrasiyanın inkişaf potensialından istifadə imkanlarının genişləndirilməsində bu əlaqənin rolundan bəhs edib. Vüsal Hüseynov hazırkı tədbirdə aparılan müzakirələrin Bakıda keçiriləcək WUF13 tədbiri zamanı davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra BMqT-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Artur Erkenin və BMT-nin Məskunlaşma Proqramının Nyu-York Nümayəndəliyinin rəhbəri Toni-Şaye Frekltonun mövzu üzrə çıxışları dinlənilib.
Ardınca Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayevin moderatorluğu ilə panel müzakirələri və interaktiv sessiya keçirilib. Hökumət və yerli idarəetmə orqanları, beynəlxalq təşkilatlar, elmi dairələr və vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları zamanı miqrantların şəhər mühitinə inteqrasiyası, inklüziv və davamlı şəhərlərin formalaşdırılması, sosial həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın (Miqrasiya üzrə Qlobal Pakt) icrasının, həmçinin bu istiqamətdə birgə səylərin əhəmiyyəti xüsusi vurğulanıb.
Bundan əlavə, forumun ikinci günündə dəyirmi masalar çərçivəsində aparılan müzakirələrin nəticələrinə həsr olunmuş icmal xarakterli ümumi debat baş tutub. BMqT-nin baş direktorunun sədrliyi ilə keçirilən iclasda 1-ci dəyirmi masa çərçivəsində müzakirələrin nəticələrinə dair xülasə Dövlət Miqrasiya Xidmətinin rəisi tərəfindən təqdim olunub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov, həmçinin "Miqrasiya Həlləri: Niyyətdən fəaliyyətə" mövzusunda yüksəksəviyyəli dialoqda panel məruzəçi qismində iştirak edib. BMqT-nin baş direktoru, Niderland Krallığının baş nazirinin müavini - sığınacaq və miqrasiya nazirinin, Banqladeş Xalq Respublikasının mühacirlərin rifahı və xaricdə məşğulluq nazirinin müavini, İsveç Krallığının miqrasiya nazirinin, eləcə də digər yüksək vəzifəli rəsmilərin iştirakı ilə keçirilən tədbirdə Vüsal Hüseynov Azərbaycanın Miqrasiya üzrə Qlobal Paktın icrası ilə bağlı Çempion ölkə qismində sözügedən sənədin icrasının genişləndirilməsinə dair təcrübəsini bölüşüb, texniki və maliyyə dəstəyinin səmərəli istifadəsinin bu məqsədə çatmaqda əhəmiyyətli rol oynadığını bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətErmənistana Azərbaycan üzərindən İLK DƏFƏ alüminium göndərildi
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
SiyasətHörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - VİDEO
Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti iyun ayında Asiya alıcıları üçün neft qiymətlərini endirib. Bu barədə şirkətin məlumatını "Bloomberg" də yayaraq bildirib ki, şirkət Asiya bazarı üçün "Arab Light" neftinin bir barelinin qiymətini dörd dollar azaldıb.
SiyasətSəfir Litva ilə Azərbaycanın strateji tərəfdaşlığından danışdı - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus olub.
SiyasətCeyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.