Hörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - VİDEO
Səudiyyə Ərəbistanının "Saudi Aramco" milli neft şirkəti iyun ayında Asiya alıcıları üçün neft qiymətlərini endirib. Bu barədə şirkətin məlumatını "Bloomberg" də yayaraq bildirib ki, şirkət Asiya bazarı üçün "Arab Light" neftinin bir barelinin qiymətini dörd dollar azaldıb.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Hətta qeyd edilir ki, treyderlər daha əhəmiyyətli dərəcədə - bir barel üçün səkkiz dollar eniş gözləyirdilər. İddia edilir ki, bu da olacaq.
İndi maraqlı məsələ ortaya çıxır: İran ətrafında baş verən gərginliklər enerji bazarında sanki İran və Rusiya kimi təchizatçıları neytrallaşdırmaq müstəvisinə keçir.
İran Hörmüz boğazını bağladı ki, ABŞ-nin müttəfiqi olan Körfəz ölkələri neft-qaz sata bilməsinlər, ziyan görsünlər. Nəticədə Səudiyyə Ərəbistanı neft qiymətlərini endirir. Üstəlik, ölkənin "Saudi Aramco" milli neft şirkəti bazar sabitliyini dəstəkləmək üçün neft hasilatını artırmaq qərarına gəlib.
Nəzərə alsaq ki, bir müddət əvvəl Birləşmiş Ərəb Əmirlikləri də OPEC və OPEC+dan çıxdığını elan etmişdi, deməli, Körfəz ölkələri böyük neft-qaz ehtiyatları ilə istədiyi qiymətlərlə dünya bazarını idarə edəcəklər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətSəfir Litva ilə Azərbaycanın strateji tərəfdaşlığından danışdı - VİDEO
Baku TV-nin "Rəsmilər" verilişinin budəfəki buraxılışının qonağı Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus olub.
SiyasətCeyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.
SiyasətCeyhun Bayramovla Andrey Sibiqa Azərbaycan və Ukrayna arasında tərəfdaşlıq münasibətlərini müzakirə ediblər - VİDEO
Mayın 6-da xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.
SiyasətXİN: "Fransalı nazirin Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik"
"Mayın 6-da Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik".