
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Mayın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda bəzi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Yağıntılar bəzi şimal və qərb rayonlarında intensiv xarakterlidir. Şahdağda isə arabir qar yağması müşahidə olunur.
Düşən yağıntının miqdarı Oğuzda 15, Ağdamda 14, Daşkəsən və Gədəbəydə 11, Gəncədə 5, Tərtərdə 4, Balakən, Qəbələ, Göygöl, Xınalıq və Qrızda (Quba) 3, Naftalan, Şəki və Göyçayda 2, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Şəmkir, Bərdə, Ağstafa, Zaqatala, Yardımlı, Yevlax, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.
Mayın 7-də Gədəbəy rayonu ərazisinə saat 19:36-19:37 radələrində xırda ölçülü dolu düşüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSabah 27 dərəcə isti olacaq - 09.05.2026
Mayın 9-da gözlənilən atmosfer şəraiti açıqlanıb.
Cəmiyyət"CBC FM" beş yaşında!
Qarabağ və Şərqi Zəngəzurun ilk regional radio kanalı - "CBC FM" bu gün beş yaşını qeyd edir. 2021-ci il mayın 8-də Azərbaycanın mədəni paytaxtında "Diqqət! Danışır Şuşa!" sədaları eşidilmişdi.
CəmiyyətWUF13 tədbirinin media tərəfdaşları elan edilib - FOTO
17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.
CəmiyyətBakı–Ağdam qatarlarının hərəkəti müvəqqəti dayandırılır - SƏBƏB
Yevlax-Bərdə dəmir yolu xəttində əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq.