Son dəqiqə
TƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEOAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"Alkoqolsuz içkilərin emalı sexində YOXLAMA: İstehsal dayandırıldı - FOTORusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. BMT-nin Vyana ofisində WUF13-lə bağlı tədbirlər keçirilib
BMT-nin Vyana ofisində WUF13-lə bağlı tədbirlər keçirilib
İqtisadiyyat

BMT-nin Vyana ofisində WUF13-lə bağlı tədbirlər keçirilib

Bu gün
18:24
0 baxış
Paylaş:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə BMT-nin Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə BMT-nin Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.

Gundem.today xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında paylaşılıb

"Tədbirlər Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Məskunlaşma Proqramı (UN-Habitat), ATƏT və Vyana şəhər meriyası tərəfindən birgə təşkil olunub", - deyə məlumatda vurğulanıb.

Bildirilib ki, tədbirlər çərçivəsində Bakıda keçiriləcək WUF13-ün hazırlıq işləri, eləcə də bu kontekstdə Azərbaycanın əsas məqsədləri barədə məlumat verilib. Həmçinin şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliyi, dayanıqlı şəhərlər və əlçatan mənzil təminatı mövzularında müzakirələr aparılıb. Bundan əlavə, iştirakçılar şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparat rəhbərinin müavini və WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev təmsil ediblər.

Tədbirlərdə Vyanada yerləşən beynəlxalq və regional təşkilatlarda akkreditə olunmuş ölkələrin nümayəndələri, eləcə də müvafiq ekspertlər iştirak ediblər.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mayın 17-22-də Bakıda keçiriləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Birləşmiş_Millətlər_Təşkilatı_(BMT)#Dövlət_Şəhərsalma_və_Arxitektura_Komitəsi#Azərbaycan_Respublikası#Avropada_Təhlükəsizlik_və_Əməkdaşlıq_Təşkilatı_(ATƏT)#Qlobal_iqlim_dəyişikliyi#Ümumdünya_Şəhərsalma_Forumu_(WUF13)#Vyana

Oxşar Xəbərlər

Müslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTOİqtisadiyyat

Müslüm Cabbarzadə nazir müavini TƏYİN EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinə yeni müavin təyin olunub.

Bu gün
17:140
"Azərkosmos"un nizamnamə kapitalı artırılıbİqtisadiyyat

"Azərkosmos"un nizamnamə kapitalı artırılıb

Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) Nizamnamə kapitalında dəyişiklik olunub.

Bu gün
16:400
ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır - FOTOİqtisadiyyat

ABŞ-nin Bakıdakı səfirliyi əşyalarını və avtomobillərini satışa çıxarır - FOTO

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi istifadədə olmuş əmlakların satışı üçün növbəti onlayn hərracını elan edib.

Bu gün
16:281
Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİİqtisadiyyat

Ermənistandan Azərbaycana göndərilən məhsul nə olub? - RƏSMİ

"Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib."

Bu gün
16:181