
Rusiya baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"
"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".
"Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
"Bu layihə İranın limanlarını Rusiyanın Baltik və Azov dənizi limanları ilə birləşdirən genişləndirilmiş "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementi hesab olunur. Müharibə başlamazdan əvvəl dəmir yolu üçün torpaq sahələrinin alınması aktiv şəkildə həyata keçirilirdi və mart ayına qədər bu prosesin böyük hissəsi tamamlanmışdı. Rusiya şirkətləri artıq topoqrafik-geodeziya işlərinə başlamış, tikinti üçün zəruri geodeziya şəbəkəsini qurmuşdu. Faktiki tikinti işlərinə start verilmişdi. Şərait imkan verən kimi bu işlər bərpa olunacaq", - deyə o qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətGürcüstan parlamentinin sədri: "Tbilisi, İrəvan və Bakı öz milli maraqlarına uyğun hərəkət edirlər"
"Gürcüstan, Ermənistan və Azərbaycan getdikcə öz milli maraqlarına uyğun hərəkət edirlər".
Siyasət"Haber Global" İlham Əliyevin Türkiyə səfərinə dair süjet təqdim edib - VİDEO
"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə səfərinə dair süjet təqdim edib.
SiyasətTÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin qeyri-rəsmi görüşü keçirilib
Aprelin 16-da İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin, müşahidəçi dövlətlərin, habelə Türkmənistan və Özbəkistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ilə 1-ci qeyri-rəsmi görüşü baş tutub.
SiyasətAleksey Overçuk: "Ağbənd körpüsü "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq"
"Ağbənd körpüsü həm "Şimal-Cənub", həm də "Şərq-Qərb" dəhlizlərinin əsas elementi olacaq".