Son dəqiqə
"Arsenal"ın gənc istedadı Lamin Yamalın məşhur rekordunu qırıbEldar Mansurov: "Mədəni qastrol proqramının ənənə halını almasını istəyirəm"Nərimanovda LİFT PROBLEMİ: Sakinlər çətin durumda - VİDEOBakıda müəllimə vəfat edib - FOTOYusif Eyvazov nazirliyə ÇAĞIRILDIKolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Böyük Britaniyada vəfat etmiş şəxslərə bir milyard dollardan çox səhv müavinət ödənilib
Böyük Britaniyada vəfat etmiş şəxslərə bir milyard dollardan çox səhv müavinət ödənilib
Dünya

Böyük Britaniyada vəfat etmiş şəxslərə bir milyard dollardan çox səhv müavinət ödənilib

Bu gün
08:52
1 baxış
Paylaş:

Böyük Britaniyanın Əmək və Pensiya Nazirliyi 2021-ci ildən bəri dünyasını dəyişmiş vətəndaşlara səhvən 1 milyard dollardan çox məbləğdə müavinət ödəyib.

Böyük Britaniyanın Əmək və Pensiya Nazirliyi 2021-ci ildən bəri dünyasını dəyişmiş vətəndaşlara səhvən 1 milyard dollardan çox məbləğdə müavinət ödəyib.

Gundem.today xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Əmək və Pensiya Nazirliyi alıcılara ölümlərindən sonra ümumilikdə 850 milyon funt-sterlinq (təxminən 1.1 milyard dollar) dəyərində vəsait ayırıb. 2021-ci ildən bəri yol verilən 2.6 milyon səhvin konkret olaraq hansı müavinət növlərinə aid olduğu tam bilinməsə də, bu ödənişlərin işsizlik, pensiya və psixi sağlamlıq problemləri olan şəxsləri əhatə etdiyi ehtimal olunur.

Hökumət qanunsuz ayrılan məbləğin yarısından azını geri qaytara bilib. Ümumilikdə isə sosial müavinətlər britaniyalı vergiödəyicilərinə ildə təxminən 300 milyard funt-sterlinqə (təqribən 400 milyard dollar) başa gəlir.

Səhv ödənişlərin əsas səbəbi kimi ölüm barədə bildirişlərin nazirliyə gec daxil olması və ya ödəniş anında sistemdə əks olunmaması göstərilir.

Məlumata görə, 2025-ci il ərzində hökumət vətəndaşlara ümumilikdə 9.5 milyard funt-sterlinq məbləğində əlavə (artıq) müavinət ödəyib. Bu məbləğin üçdə ikisindən çoxu dələduzluq halları, 20%-i isə müraciət edənlərin səhvləri ilə bağlıdır.

Bundan əlavə, 2023-cü ilin aprel ayından etibarən qış yanacağı üçün nəzərdə tutulan təxminən 27 milyon funt-sterlinq vəsait 83 minə yaxın vəfat etmiş şəxsə göndərilib. Bu rəqəmlər ümumi artıq ödəniş statistikasına daxil edilməyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Böyük_Britaniya#əmək_və_təqaüdlər_nazirliyi#ölü_vətəndaşlara_müavinət#pensiya_ödənişləri#səhv_ödənişlər#Telegraph#sosial_müavinətlər#maliyyə_xətası#qış_istilik_müavinəti

Oxşar Xəbərlər

Kolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı varDünya

Kolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var

Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.

Bu gün
10:200
İsrailin Livanın cənubuna hücumu nəticəsində dörd nəfər həlak olubDünya

İsrailin Livanın cənubuna hücumu nəticəsində dörd nəfər həlak olub

İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində dörd nəfər qətlə yetirilib.

Bu gün
10:280
Netanyahu: "ABŞ İsrailə zəmanət verib, İrana qarşı hücumların dayandırılmasını dəstəkləyirik"Dünya

Netanyahu: "ABŞ İsrailə zəmanət verib, İrana qarşı hücumların dayandırılmasını dəstəkləyirik"

Amerika Birləşmiş Ştatları İranla aparılan danışıqlar prosesində hər iki dövlətin ümumi maraqlarına sadiq qalacağı barədə İsrailə zəmanət verib.

Bu gün
09:560
Tramp: "Atəşkəs Yaxın Şərq üçün qızıl dövr ola bilər" - FOTODünya

Tramp: "Atəşkəs Yaxın Şərq üçün qızıl dövr ola bilər" - FOTO

"İran yenidənqurma prosesinə başlaya bilər".

Bu gün
09:162