
Kolumbiyada eyni avtobus ikinci dəfə ağır qəzaya düşdü: Altı nəfər öldü, xeyli yaralı var
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Kolumbiyanın İbaqe şəhərində avtobusun aşması nəticəsində altı nəfər ölüb, azı 22 nəfər yaralanıb.
Gundem.today xəbər verir ki, bu barədə "El Irreverente" nəşri məlumat yayıb.
Məlumata görə, "Coomotor" şirkətinə məxsus nəqliyyat vasitəsi Medelindən Florensiyaya gedirmiş. İlkin məlumatlara görə, sürücü idarəetməni itirib və nəticədə avtobus aşıb.
"Nəqliyyat vasitəsində 27 sərnişin və iki sürücü olub. İlkin məlumata görə, hadisə yerində altı nəfər ölüb. 22-dən çox insan yaralanıb və onlar təcili yardım maşınları ilə yaxınlıqdakı müxtəlif tibb mərkəzlərinə yerləşdiriliblər", - deyə nəşrdə bildirilib.
Nəşrin məlumatına görə, bu, sözügedən avtobusun iştirakı ilə ilk yol-nəqliyyat hadisəsi deyil. 2024-cü ildə həmin avtobus başqa bir nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə doqquz nəfər xəsarət almışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail "Hizbullah"a qarşı hücumları davam etdirir
İsrail ordusu (SAXAL) ölkənin siyasi rəhbərliyinin qərarına əsasən İrana zərbələri dayandırdığını açıqlayıb.
Dünyaİstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə saxlanılanların sayı artır
Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən on nəfəri saxlayıb.
DünyaABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin rəhbəri bəlli oldu
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf aprelin 10-da İslamabadda ABŞ ilə danışıqlar üçün nümayəndə heyətinin rəhbəri təyin edilib.
DünyaHörmüz boğazı açılsa da, təyyarə yanacağı tədarükünün bərpası aylar çəkəcək
"İran Hörmüz boğazını yenidən açsa belə, Yaxın Şərq neft emalı gücündə yaranan fasilələr nəzərə alınmaqla reaktiv yanacaq tədarükünün bərpası aylar çəkəcək".