Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. bp Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib
bp Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib
İqtisadiyyat

bp Azərbaycan üzərindən yeni enerji dəhlizinin yaradılmasını təklif edib

Dünən
18:38
0 baxış
Paylaş:

"Böyük Britaniyanın" "British Petroleum" (bp) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır".

"Böyük Britaniyanın" "British Petroleum" (bp) neft-qaz korporasiyası Qazaxıstan və Türkmənistandan qazın Azərbaycan ərazisi ilə Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə ixracı üçün nəzərdə tutulan yeni enerji marşrutunun yaradılmasında iştirak etməyə hazırdır".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu "bp Azerbaijan" şirkətinin baş geoloqu Bağır İbrahimov deyib.

O bildirib ki, martın sonunda bp-nin regional rəhbərliyi "Azərbaycan-Qazaxıstan-Türkmənistan" enerji dəhlizinin yaradılmasında Qazaxıstanın mühüm rolunu təsdiqləyib.

"bp Azərbaycanda topladığı təcrübəni sinxronlaşdırılmış infrastrukturun qurulmasında tətbiq etməyi planlaşdırır. Nəticədə Qazaxıstan və Türkmənistandan qazın Xəzər dənizi vasitəsilə nəql edilməsi və sonradan Cənub Qaz Dəhlizinə (CQD) qoşulması mümkün olacaq", - B.İbrahimov vurğulayıb.

Onun qiymətləndirməsinə görə, 2030-cu ilə qədər bu dəhliz Avropaya enerji tədarüklərinin şaxələndirilməsi üçün mühüm vasitələrdən birinə çevrilə bilər, üstəlik Qazaxıstan hasilatın əhəmiyyətli hissəsini təmin etmək potensialına malikdir.

B.İbrahimov xatırladıb ki, Qazaxıstanın "KazMunayQaz" (KMQ) milli şirkəti və "bp Exploration Operating Company Limited" Qazaxıstanın Mangistau vilayətində yerləşən perspektivli "Üstyurt" blokunun geoloji kəşfiyyatı və işlənməsi sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

Geoloq qeyd edib ki, dəhlizin inkişafına töhfə verən elementlərdən biri bp və "KazMunayQaz"ın Qazaxıstanın resurs bazasının artırılması üzrə birgə fəaliyyəti olacaq.

"Layihə Qazaxıstanın qərbindəki Üstyurt hövzəsində - ilkin qiymətləndirmələrə görə, böyük həcmdə kəşf edilməmiş qaz ehtiyatlarının cəmləşdiyi regionda genişmiqyaslı geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur. Çoxillik proqram 2D və 3D seysmik tədqiqatların aparılmasını, həmçinin 2026-2029-cu illər ərzində bir sıra dərin kəşfiyyat quyularının qazılmasını əhatə edir", - geoloq əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Qazaxıstan#Cənub_Qaz_Dəhlizi#bp_Azerbaijan#Böyük_Britaniya

Oxşar Xəbərlər

İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıbİqtisadiyyat

İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb

İsveçin "Agenda Nexus" analitik portalı Avropanın enerji təminatında Azərbaycanın artan rolu ilə bağlı məqalə dərc edib.

Bu gün
21:240
Almaniya Azərbaycana biznes-missiya göndərəcəkİqtisadiyyat

Almaniya Azərbaycana biznes-missiya göndərəcək

Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.

Bu gün
19:360
Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcəkİqtisadiyyat

Bir qrup tələbənin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödənilə bilər.

Bu gün
15:040
Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIRİqtisadiyyat

Azərbaycan neftinin qiyməti 18 İLİN REKORDUNA YAXINLAŞIR

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

Bu gün
09:480