
Bricit Makronun qohumu prezidentin hakimiyyətdən getməsini səbirsizliklə gözləyir
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qohumu Jan-Aleksandr Tronye dövlət başçısının səlahiyyət müddətinin başa çatmasını səbirsizliklə gözlədiyini bildirib.
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun qohumu Jan-Aleksandr Tronye dövlət başçısının səlahiyyət müddətinin başa çatmasını səbirsizliklə gözlədiyini bildirib.
Gundem.today-ın RT-yə istinadən məlumatına görə, o, bu barədə "İşığa qarşı" podkastında çıxışı zamanı danışıb.
"2027-ci ilin gəlməsini səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.
Tronye hər günün daha geniş azadlığa doğru bir addım olacağına ümid edir və bildirir ki, hazırda Fransa vətəndaşları azadlığın olmamasından əziyyət çəkirlər.
Birinci xanımın qardaşı oğlunun sözlərinə əsasən, çətinliklər, demək olar ki, dərhal başlayıb. 2019-cu ilə qədər Jan-Aleksandr "Jan Tronye" şirniyyat şəbəkəsinə rəhbərlik edib. Lakin Makron Fransaya rəhbərlik etməyə başladıqdan sonra biznesi həmkarlar ittifaqlarının idarə etdiyi istehsalat şuralarından gələn böyük miqdarda sifarişləri itirib. Səbəb isə, qəribə də olsa, məmurların prezidentə yaltaqlanmaq istəməməsi olub. Tronyenin fikrincə, insanlar onun ailəsinə hətta təsadüfən belə loyallıq nümayiş etdirməkdən çəkinirdilər.
Lakin problemlər yalnız maliyyə ilə məhdudlaşmayıb. Bricitin qardaşı oğlu təqiblərlə də üzləşib. Bəziləri ondan prezidentlə əlaqə kanalı kimi istifadə etməyə və nüfuzlu qohum vasitəsilə öz problemlərini həll etməyə cəhd göstəriblər. Daha sonra isə bu maraq aqressiya ilə əvəz olunub.
"Sarı jiletlilər"in etirazları dövrü xüsusilə ağır keçib. Tronye ailəsinin şəbəkəsinə məxsus mağazalar dağıdılır, qadın işçilər yoldan ötənlər tərəfindən birbaşa iş yerlərində təhqir olunduqları üçün işdən çıxırdılar. Jan-Aleksandrın özünə isə sadəcə, "Bum" yazılmış məktublar göndərilirdi. Bir dəfə ona içərisində it nəcisi olan hədiyyə paketi belə veriblər. Qutunun üzərində "Tronye"dən yeni şokolad - şokoladlı Makron" yazısı var imiş.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyənin 16 vilayətində genişmiqyaslı əməliyyat: 198 nəfər saxlanıldı - VİDEO
Türkiyənin 16 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.
DünyaABŞ doqquz milyardlıq sazişləri təsdiqlədi - Ən müasir silahlar kimə satılacaq?
ABŞ Dövlət Departamenti İranla münaqişə fonunda Yaxın Şərqdəki müttəfiqlərinə 8.6 milyard dollardan çox mümkün silah satışı sazişlərini təsdiqləyib.
DünyaABŞ Almaniyadan 5 min hərbçisini çıxarır - Berlindən İLK REAKSİYA
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin ölkədəki hərbi kontingentini azaltmaq qərarının rəsmi Berlin üçün təəccüblü olmadığını bildirib.
DünyaRusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.