
Brunu Fernandeş İngiltərədə ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusunun adı məlum olub.
Gundem.today xəbər verir ki, bu ada "Mançester Yunayted"in ulduz yarımmüdafiəçisi Brunu Fernandeş layiq görülüb.
Portuqaliyalı oyunçu ötən ay çempionat çərçivəsində meydana çıxdığı dörd qarşılaşmada rəqib qapılarından iki top keçirməklə yanaşı, dörd məhsuldar ötürmənin də müəllifi kimi yadda qalıb.
Qeyd edək ki, B.Fernandeş bu mükafat uğrunda gərgin mübarizədə Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayan ("Arsenal") kimi güclü rəqiblərini geridə qoymağı bacarıb.
Xatırladaq ki, təcrübəli pleymeyker cari mövsüm ərzində çempionatda 28 dəfə yaşıl meydanda mübarizə aparıb, aktivinə 8 qol və 16 məhsuldar ötürmə yazdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"
Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
İdman"Zirə" minifutbol üzrə Azərbaycan çempionatının qalibi oldu
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
İdman"Neftçi"də ciddi itki
"Neftçi"nin kapitanı zədələnib.
İdmanDÇ-2026-nın finalının biletləri BAHALAŞIR: Qiymətlər açıqlandı
FIFA 2026-cı ildə keçiriləcək dünya çempionatının həlledici final matçı üçün bilet qiymətlərində ciddi artıma gedib.