
BŞİH müavini ərazilərə baxış keçirib, tapşırıqlar verilib - VİDEO
Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətləri və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Martın 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətləri və digər təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Gundem.today-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd olunub ki, bəzi ərazilərdə artıq ikinci gündür davam edən aramsız yağışlar nəticəsində kollektorlar vasitəsilə suların kənarlaşdırılmasında çətinliklər yaranıb. Bununla əlaqədar BŞİH başçısının müavini Ayaz Hüseynov hadisə baş verən ərazilərə baxış keçirib, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmış monitorinq qrupları problemli əraziləri müəyyən edərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edirlər.
Hazırda şəhərin müxtəlif hissələrində yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
CəmiyyətGömrükdə qida məhsulları ilə bağlı YENİLİK
Gömrük buraxılış məntəqələrində qida məhsulları ilə bağlı yenilik tətbiq olunacaq.
CəmiyyətAstana AZAL təyyarəsinin qəzasını araşdırmağa davam etdirir - Yekun hesabat təqdim olunacaq
Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.
CəmiyyətAstana AZAL təyyarəsinin qəzasını araşdırmağı davam etdirir - Yekun hesabat təqdim olunacaq
Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü ildə Aktau hava limanı yaxınlığında "Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı davam etdirir.