Son dəqiqə
İrəvan qalasının yerində qurulan zavod: Tarixi yaddaşı necə məhv etdilər? - FOTOAİ Ukraynaya 90 milyard yardımı və Rusiyaya qarşı yeni sanksiyaları TƏSDİQLƏDİKanada aviaşirkətləri uçuşları ləğv etməyə başlayıbDörd rayonda ƏMƏLİYYAT - Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDUBakıda məşhur biznesmeninin oğlunu aldatmaq istəyənin cinayət işinin DETALLARIKüləklə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. BTQ tərəfindən təşkil edilmiş beynəlxalq konfrans dünya mediasında
BTQ tərəfindən təşkil edilmiş beynəlxalq konfrans dünya mediasında
Siyasət

BTQ tərəfindən təşkil edilmiş beynəlxalq konfrans dünya mediasında

Bu gün
15:35
0 baxış
Paylaş:

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə neokolonializm və qlobal bərabərsizliyə həsr edilmiş beynəlxalq konfrans beynəlxalq media və akademik dairələrin diqqət mərkəzində qalmaqda davam edir.

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə neokolonializm və qlobal bərabərsizliyə həsr edilmiş beynəlxalq konfrans beynəlxalq media və akademik dairələrin diqqət mərkəzində qalmaqda davam edir.

Gundem.today xəbər verir ki, Kamerunda fəaliyyət göstərən, ABŞ, Böyük Britaniya, Çin kimi ümumilikdə 10-dan çox ölkədə fəaliyyət göstərən Kesmonds Beynəlxalq Universitetinin rəsmi internet səhifəsində BTQ-nin fəaliyyətinə və adıçəkilən tədbirə həsr olunmuş "Müstəmləkə bərabərsizliyi diqqət mərkəzində: Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransdan düşüncələr" ("Colonial Inequality in Focus: Reflections from the Baku Initiative Group Conference") analitik material dərc edilib.

Məqalədə konfransda ilk dəfə olaraq müstəmləkə ərazilərinin yerli əhalisi ilə birbaşa yerində işləyən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin yaradılmasında iştirak etmiş ekspertlər, eləcə də həmin ərazilərdə fəaliyyət göstərən müstəqillik hərəkatlarının rəhbər şəxsləri, həmçinin neokolonializm sahəsində ixtisaslaşmış tədqiqatçılarla bərabər Kesmonds Beynəlxalq Universitetindən nümayəndələrin iştirakının BTQ-nin fəaliyyətinin coğrafi baxımdan əhatə dairəsinin genişliyini nümayiş etdirdiyi qeyd edilir. Xüsusilə ekspertlərin vahid platformada bir araya gələrək kolonializm və neokolonializmin ağır nəticələri, tarixi ədalət və məsuliyyət məsələlərinin beynəlxalq gündəmdə saxlanılması ətrafında müzakirələrin aparılmasının Bakı Təşəbbüs Qrupunun qlobal səviyyədə strateji diskussiya aparan nüfuzlu beynəlxalq təşkilat olmasının və platformaya çevrildiyinin bariz nümunəsi olduğu vurğulanır.

Kolonializm və neokolonializmin səbəb olduğu qlobal bərabərsizlik, həmin ərazilərdə müstəmləkə gücləri tərəfindən həyata keçirilən iqtisadi istismar, yerli əhalinin torpaqlarından qanunsuz məhrum edilməsi və öz ölkələrinin real iqtisadiyyatında iştirak imkanlarından kənarda saxlanılması, müstəmləkə istismarı nəticəsində sərvətlərin bir əldə cəmləşməsi, məcburi əmək, köləlik, irqi ayrı-seçkilik və təhsilə çıxış imkanlarının məhdud olması, Haitinin nümunəsində müstəqillik əldə etdikdən sonra onların üzərinə qoyulan təzminat öhdəliyi, ölkənin inkişafını nəsillər boyu məhdudlaşdıran böyük borc yükü kimi məsələlərin tədbirdə daha dərindən işıqlandırıldığı diqqətə çatdırılır.

Analitik materialda Bakı Təşəbbüs Qrupunun yalnız kolonializm və neokolonializmdən qaynaqlanan tarixi ədalət məsələlərini gündəmə gətirən qurum deyil, eyni zamanda müasir dünya üçün davamlı və konstruktiv həll yolları irəli sürən qlobal düşüncə platforması olduğu oxucuların diqqətinə çatdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Bakı_Təşəbbüs_Qrupu#BTQ#neokolonializm#qlobal_bərabərsizlik#beynəlxalq_konfrans#kolonializm#Kesmonds_International_University#müstəmləkəçilik#tarixi_ədalət#iqtisadi_istismar#qlobal_düşüncə_platforması

Oxşar Xəbərlər

Azərbaycan Prezidenti: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"Siyasət

Azərbaycan Prezidenti: "Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər"

"Sevindirici haldır ki, bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər".

Bu gün
12:590
İlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"Siyasət

İlham Əliyev: "Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir"

"Keçən əsrin sonlarında yaranan və sıralarında həyatını cəmiyyətə xidmətə həsr etmiş tanınmış xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası böyük yol keçərək bu gün də ölkəmizin inkişafına töhfə verir".

Bu gün
12:480
Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"Siyasət

Prezident: "Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir"

"Azərbaycan xalqının qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir".

Bu gün
12:460
İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıbSiyasət

İlham Əliyev Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.

Bu gün
12:370