
İrəvan qalasının yerində qurulan zavod: Tarixi yaddaşı necə məhv etdilər? - FOTO
Kubra Məhərrəmova yazır...
Kubra Məhərrəmova yazır...
Elə ölkələr var ki, hər addımı tarixi abidədir. İnsanlar illərlə tikib, qoruyublar.
Elə ölkələr də var ki, tarixi qədimdir, amma tarixi abidələri elə də çox deyil. Məsələn, Qazaxıstan. Bunun bir neçə səbəbi var. İlk növbədə seysmik aktivlik (zəlzələlər). Qazaxıstanın cənub və cənub-şərq hissəsi, o cümlədən Almatı yüksək seysmik aktiv zonada yerləşir.
Tikinti materiallarının dəyişməsi də əsrlər əvvəl tikilən abidələrin bu günə çıxmamasının əsas səbəblərindəndir. Çünki tez-tez baş verən yeraltı təkanlara görə daş tikililər uzun müddət təhlükəli hesab olunurdu və şəhərlər, əsasən, ağacdan tikilirdi. Taxta binalar isə ya yanır, ya da zamanla köhnəlib yararsız hala düşürdü.
Elə ölkələr də var ki, onun qonşusu Ermənistan olur. Çəyirtkə zəmiyə hücum edib məhsulu dağıdan kimi, ermənilər də əsrlər boyu Azərbaycanın tarixi abidələrini dağıdıblar.
Bu, sadəcə, vandalizm aktı deyil. Bu, əsrlər boyu formalaşmış siyasətin əsas tərkib hissəsi olaraq mütəşəkkil surətdə davam etdirilib.
Sovet hökuməti qurulandan sonra bu siyasət daha geniş vüsət aldı. Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-dini abidələr, həmçinin İrəvanda tikilən məscidlərin böyük hissəsi ya tamamilə məhv edildi, ya da təyinatı dəyişdirildi.
Qərbi Azərbaycan ərazisində abidələrə xaç yamayıb onları özününküləşdirməyə başladılar. Sovet hakimiyyətinin dövri mətbuatında, tarix kitablarında Azərbaycan-türk tarixi silindi.
Məsələ bununla da bitmədi. Qərbi Azərbaycan ərazisində yerləşən, əslən və tarixi Azərbaycan ərazilərinin adları "haylaşdırıldı".
Bu barədə xeyli sayda sübut-dəlillər, arxiv yazıları mövcuddur.
Sizə birini təqdim edirəm. "Böyük kimya uğrunda" qəzetinin 1989-cu ilin 6 və 12 sentyabr tarixlərində nəşr olunmuş nüsxələri. Vərəqləri cırılıb saralsa da, özündə böyük həqiqət daşıyır.
Mətn kiril əlifbası ilə yazıldığı üçün bəzi abzasları latın qrafikası ilə yazıb diqqətinizə çatdırıram. Yazının müəllifi filologiya elmləri doktoru Ə.Elbrusdur. Müəllif XX əsrin 30-cu illərindən bəri istər Azərbaycanda, istərsə də Ermənistanda Azərbaycan xalqına məxsus yer adlarının necə dəyişdirildiyi barədə yazır.
Müəllif qeyd edir ki, əsrin birinci yarısında Aykakanın indiki ərazi bölgüsünə vaxtilə ədalətsiz despot prinsipi ilə salınan Azərbaycan ərazilərinin adlarının dəyişdirilməsi, haylaşdırılması heç də quru ad naminə deyildi:
"1947-51-ci illərdə azərbaycanlıların öz doğma yurd-yuvalarından zorakı deportasiyasının səbəbini pərdələyən vəsilə idi. M.C.Bağırovun başı erməni əlaltılarının fitvası ilə Azərbaycanın görkəmli övladlarını "xalq düşməni" damğası ilə məhv etməyə qarışmışkən orada, Aykakanda azərbaycanlıların başına olmazın oyunu açılır, doğma torpaqları əllərindən alınır, məscidləri uçurulur, evləri yandırılır, özləri didərgin salınırdı".
Bu, sadəcə, bircə abzasdır. Mətndə yer və məkan adlarının necə dəyişdirildiyi də bir-bir qeyd olunur.
Bunu mütləq qeyd etməliyəm ki, ermənilər kimi heç kim gözdən pərdə asa bilmir. Onlar sanki doğulandan "gözbağlayıcı" məharətinə yiyələnir və öz məqsədləri uğrunda bundan istifadə edirlər. Azərbaycan-türk məkan-yer adlarının dəyişməsinə gözəl don - "dostluq-qardaşlıq" -geyindirib, atırlar sovet hökumətinin ayağına.
O zaman ermənilər iddia edirdilər ki, məkanların Azərbaycan-türk adı daşıması beynəlmiləl prinsipləri pozur və bu qədim adlara ehtiyac yoxdur, onları yeni, müasir və ən əsas "hay" dilində əvəz etmək lazımdır.
Ermənilərin ilk cəhdi 1935-ci il 3 yanvar tarixində "uğurla" yerinə yetirildi. İlk növbədə kənd adlarından başladılar.
İlk cəhdin "uğurlu" keçməsi və o zaman Azərbaycanın başında ağıllı-başlı adam olmadığı üçün cəhdlər tədricən çoxaldı və yer-məkan adları daha intensiv surətdə dəyişdirilməyə başladı.
Beləliklə, Azərbaycan-türk məkan adları dəyişdikcə, onların sənədlərdə, tarixdə mənsubiyyəti saxtalaşdırıldı. Haylaşdırılaraq sovet tarix kitablarında erməni adı ilə rəsmiləşdirildi, qərarla-möhürlə.
Bu siyasətin kökü isə Çar Rusiyasına gedib çıxır. XIX əsrin 30-cu illərində çar hökumətinin erməniləri Azərbaycanın Qarabağ vilayətində yerləşdirməsi və məkan-yer adlarını haylaşdırması-erməniləşdirməsi ilk növbədə Rusiyaya sərf edirdi. Daha sonra çar hökumətinin varisi olan sovet hökuməti də bu işdə ermənilərə canla-başla dəstək oldu.
Təbii ki, hayların Azərbaycan-türk məkan adlarını dəyişməsi ilk addım idi. Daha sonra Azərbaycan-türk mədəni-tarixi abidələrin məhv edilməsi məqamı yetişdi.
Gəlin hadisələri göz önündə canlandıraq. Məsələn, Göyçə mahalının adını dəyişdirib "Geğarkunik" edirlər. Sənədlərdə, statistikada artıq erməni adı keçir. Belə deyək, virtual olaraq. Amma realda Qərbi Azərbaycan torpağında yüzlərlə türkün evi, məzarı, ibadət etdiyi məscid-mədrəsəsi var. İndi bunları məhv etmək lazımdır. İlk növbədə, yenə də Moskvanın köməyi ilə azərbaycanlılara qarşı qırğınlar törədilir, kəndlərlə adamlar öldürülür və dədə-baba yurdundan qovulurlar.
Ərazi azərbaycanlılardan "təmizlənəndən" sonra növbəti mərhələ başlanı
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.
CəmiyyətİTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.
Cəmiyyət300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.
CəmiyyətBuraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərdi - ADLAR - FOTO
Martın 15-i tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş imtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.