
Bu gün Beynəlxalq Teatr Günüdür
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
Gundem.today xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.
Hər il bu əlamətdar günlə bağlı nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan - ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyada, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda hər il müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş olunur.
Ölkəmizdə isə mart ayının 10-u - Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda yeni xəstəxana tikiləcək - Psixiatriya və narkoloji mərkəzləri olacaq
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
CəmiyyətPaytaxtda yeni xəstəxana tikiləcək
Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
CəmiyyətAzərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib
Azərbaycanda baş müəllim vəfat edib.
CəmiyyətBakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi - VİDEO
Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.