Son dəqiqə
Türkiyə təyyarələrində "Powerbank"ın şarj edilməsi qadağan edilibİran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edibİrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQGünəşdə iki güclü partlayış qeydə alınıbBakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZAİspaniyada attraksion qəzası: Xəsarət alanlar var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
Siyasət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün
00:04
0 baxış
Paylaş:

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 118 il keçir.

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 118 il keçir.

Gundem.today xatırladır ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış "Bir gəncin manifesti" əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə "Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri ("Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir") çap olunub. Lakin o bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün "Şərq qadını", "Gənc işçi", "İnqilab və mədəniyyət", "Ədəbiyyat qəzeti" kimi nüfuzlu nəşrlərində "Doktor Cinayətov", "İfşa", "Mərkəz adamı", "Naxələf", "Bostan oğrusu", "Qüdrət nümayişi", "İstifadə", "Dəzgah qızı", "Heyrət" hekayələrini çap etdirib. 1932-ci ildə "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə "Dirilən adam" romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi, diqqətli bir realist yazıçı olduğunu göstərib.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz harayadır" keçmişdən, "Açıq kitab", "Yaşıdlarım" və "Yeni şəhər" isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Mir_Cəlal_Paşayev

Oxşar Xəbərlər

"Haber Global" Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərinə dair süjet hazırladı - VİDEOSiyasət

"Haber Global" Volodimir Zelenskinin Azərbaycana işgüzar səfərinə dair süjet hazırladı - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfər edib. Onu azərbaycanlı həmkarı İlham Əliyev Qəbələdə qarşılayıb.

Bu gün
21:060
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşübSiyasət

Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə ukraynalı həmkarı Andrey Sibiqa ilə görüş keçirib.

Bu gün
21:000
İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıbSiyasət

İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ukraynalı həmkarı Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb.

Bu gün
20:060
Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib - FOTOSiyasət

Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib - FOTO

Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 sərnişin avtobusu təqdim edib.

Bu gün
19:480