
Buryatiyada qar uçqunu: Ölənlərin sayı artdı
Xilasedicilər Buryatiyada qar uçqunu baş verən mədəndə daha iki meyit tapıblar.
Xilasedicilər Buryatiyada qar uçqunu baş verən mədəndə daha iki meyit tapıblar.
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Daha üç nəfərin qar uçqunu altında qaldığı ehtimalı var.
Rusiyanın Buryatiya Respublikasında, İrokinda mədənində baş verən uçqun nəticəsində altı nəfər qarın altında qalıb.
Gundem.today xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə baş verən zaman doqquz işçi xidməti yolu təmizləyirmiş. Uçqun zamanı onlardan üçü özü xilas olmağı bacarıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparılır, faktla bağlı cinayət işi açılıb.
Sonradan məlum olub ki, uçqun altında qalanlardan birinin meyiti çıxarılıb.
Xatırladaq ki, daha əvvəl Buryatiyada Krasnoyarskdan olan yeddi nəfərlik turist qrupu peşəkar bələdçinin müşayiəti ilə Munku-Sardık zirvəsindəki aşırımlardan birində qar uçqununa düşüb. Hadisə zamanı dörd nəfər ölüb, üç turist sağ qalıb. Bundan bir neçə gün əvvəl isə Munku-Sardık dağından eniş zamanı üç nəfər turist donaraq ölmüşdü.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə güclü partlayış olub
Günəşdə aprelin 28-də gücünə görə güclü partlayış qeydə alınıb.
DünyaTramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir"
"İran Vaşinqtona Hörmüz boğazını mümkün qədər tez açmaq üçün müraciət edib".
DünyaYunanıstanda zəlzələ baş verib - FOTO
Yunanıstanda 5.1 bal gücündə zəlzələ baş verib.
DünyaMüasir dövrün ən məşhur terrorçularından biri adını dəyişdirdi
Müasir dövrün ən məşhur terrorçularından biri Anders Breyvik adını dəyişdirib. 2011-ci ildə Utoyada 77 nəfəri öldürən 47 yaşlı cinayətkar indi məşhur Norveç adı daşıyır.