
Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yaydılar
Azərbaycanın Avropadakı diaspor təşkilatları bəyanat yayıblar.
Azərbaycanın Avropadakı diaspor təşkilatları bəyanat yayıblar.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bəyanatda ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin 1915-ci il hadisələri ilə bağlı "X" platformasında etdiyi paylaşımda Azərbaycanı əsassız şəkildə ittiham etməsinin dünya azərbaycanlılarında ciddi narazılıq doğurduğu qeyd olunub.
Həmçinin Zöhran Kvame Mamdaninin açıqlamasında siyasi qərəz olduğu, eyni zamanda beynəlxalq hüququn əsas prinsiplərinin təhrif edildiyi vurğulanıb. Bildirilib ki, dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmamaq və işğal nəticəsində yaranan qanunsuz vəziyyətlərin tanınmaması kimi prinsiplər müasir beynəlxalq hüququn təməl dayaqlarını təşkil edir:
"Merin bəyanatında Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren əraziləri daxilində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun hərəkətlərinin "hücum", "məcburi köçürmə" və ya "soyqırımı kampaniyası" kimi təqdim edilməsi reallıqdan uzaq, qərəzli və məsuliyyətsiz yanaşmadır".
Diaspor təşkilatları Azərbaycan xalqına qarşı səsləndirilən əsassız ittihamlara görə üzr istənilməsini və gələcəkdə bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsini tələb ediblər.
Bəyanatlar Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmov, Helsinki Azərbaycan Evinin rəhbəri, "Azər-Türk" Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri, Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov, Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli, Praqa Azərbaycan Evinin və "Natəvan" Cəmiyyətinin rəhbəri Leyla Begim Cəfərova, Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının rəhbəri Taleh Qurbanov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq üzrə əlaqələndiricisi, İsveçdə Qarabağ Azadlıq Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının (AKŞ) Finlandiya üzrə əlaqələndiricisi Mona Savojifar və Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Estoniya üzrə koordinatoru Orxan Oktain tərəfindən ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətLeyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi "Instagram" hesabında ailəsi ilə birgə Qəbələdən foto paylaşıb.
SiyasətYaşıl enerjinin Azərbaycan modeli: Daha çevik, etibarlı və idarəetmədə liderlik – FOTO
Azərbaycanda enerji sektorunun transformasiyası istiqamətində həyata keçirilən islahatlar artıq konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu prosesdə "AzərEnerji" ASC tərəfindən enerji sisteminin rəqəmsal əsasda modernləşdirilməsi, idarəetmənin optimallaşdırılması və şəbəkə infrastrukturunun yenilənməsi xüsusi rol oynayır. Rəqəmsal həllərin tətbiqi sayəsində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması daha çevik şəkildə tənzimlənir, sistemin dayanıqlığı artır və dəyişkən
SiyasətTürkiyə və Ermənistan nümayəndələri görüşdülər: Razılaşma əldə edildi - FOTO
Qars-Gümrü dəmir yolu xəttinin bərpası üzrə Türkiyə və Ermənistan arasında yaradılan birgə işçi qrupunun iclası keçirilib.
SiyasətMədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.