
BYD-nin Şençjen şəhərindəki zavodunda yanğın baş verib - VİDEO
Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib.
Çinin Şençjen şəhərinin Pinşan rayonunda yerləşən BYD avtomobil zavodunun qarajında yanğın baş verib.
Gundem.today xəbər verir ki, bu barədə "Sina Finance" məlumat verib.
Yerli rəsmilər və şirkət nümayəndələri hadisənin nəzarət altına alındığını və heç kimin xəsarət almadığını təsdiqləyiblər.
Bildirilib ki, həyəcan siqnalı daxil olduqdan dərhal sonra yanğınsöndürmə və xilasetmə bölmələri də daxil olmaqla, rayon və şəhər üzrə təcili reaksiya qrupları hadisə yerinə cəlb edilib.
BYD şirkəti zərər çəkmiş tikilinin Pinşandakı müəssisədə sınaq və istismardan çıxarılmış avtomobillərin saxlanması üçün nəzərdə tutulan "üçölçülü dayanacaq" olduğunu bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər
Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.
DünyaKamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib.
DünyaDənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEO
"Ötən həftəsonu diplomatik cəhdlər ciddi uğursuzluqla nəticələnib: İslamabadda Amerika Birləşmiş Ştatları ilə İran arasında keçirilən yüksək səviyyəli danışıqlar heç bir nəticə verməyib. İran nümayəndə heyəti Vaşinqtonun nüvə proqramının tamamilə dayandırılması, zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi və strateji əhəmiyyətə malik Hörmüz boğazının dərhal açılması kimi ultimatum tələblərinə qəti şəkildə rədd cavabı verib".
DünyaŞanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR
Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.