Son dəqiqə
ABŞ-də güclü zəlzələ baş veribNiyə təcrübəli mütəxəssislər özlərinə şübhə edirlər?Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırırABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaqPaytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.04.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. CAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb
CAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb
Dünya

CAR sahillərində ağ köpəkbalıqları yoxa çıxıb

Bu gün
04:42
0 baxış
Paylaş:

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb.

Cənubi Afrika Respublikasının (CAR) Keyptaun sahili sularında böyük ağ köpəkbalıqları qəflətən yoxa çıxıb.

Gundem.today xəbər verir ki, bu barədə "CBS News" telekanalı xəbər yayıb. Alimlər və aidiyyəti qurumlar bu qeyri-adi hadisənin dəqiq səbəblərini aydınlaşdırmağa çalışırlar.

Əvvəllər bu ərazilər köpəkbalıqlarının ən çox toplandığı yerlərdən biri hesab olunurdu, lakin son bir neçə ildə yırtıcıların sayı kəskin azalıb. Qeyd edək ki, CAR dünyada ilk dəfə olaraq hələ 1991-ci ildə böyük ağ köpəkbalıqlarını dövlət mühafizəsinə götürüb. İndi isə mütəxəssislər ehtiyat edirlər ki, bu növün yerli səviyyədə tamamilə yox olduğu ilk ölkə məhz CAR ola bilər.

Fotoqraf Kris Fellouz bildirib ki, əvvəllər il ərzində 250-300 köpəkbalığına rast gəldiyi halda, hazırda onlar, demək olar ki, görünmürlər. Bu vəziyyət alimlər və ekoloqlar arasında ciddi mübahisələrə səbəb olub.

Yerli dəniz bioloqu Elison Kok 2015-ci ildən etibarən qəribə faktlar əldə etdiyini bildirib. Dalğıclar ona bədənində spesifik kəsik yaraları olan köpəkbalığı cəsədlərinin fotolarını göndəriblər. Aparılan araşdırmalar nəticəsində əsas "şübhəli" müəyyən edilib - qatil balinalar (orkalar). Maraqlıdır ki, məhz cəsədin tapıldığı ərazidə tədqiqatçıların qayığına iki qatil balina yaxınlaşıb.

İki il sonra sahildə eyni yaralarla daha bir neçə böyük ağ köpəkbalığı cəsədi tapılıb. Məlum olub ki, qatil balinalar yalnız köpəkbalıqlarının ən kalorili orqanını - bədən çəkisinin təxminən üçdə birini təşkil edən qaraciyərini yeyirlər.

Elison Kokun fikrincə, ömür boyu ov olmağa alışmamış köpəkbalıqları qatil balinaların təhlükəsindən qaçmaq üçün sahildən daha uzaq və dərin sulara çəkiliblər. O hesab edir ki, CAR sularında ümumi populyasiyanın sayı hələlik sabit qalır, sadəcə yırtıcılar yerlərini dəyişiblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#böyük_ağ_köpəkbalıqları#Keyptaun#CAR#qatil_balinalar#orka_hücumu#dəniz_bioloqları#ekologiya#dəniz_yırtıcıları#köpəkbalıqlarının_yoxa_çıxması#Cənubi_Afrika_təbiəti.

Oxşar Xəbərlər

ABŞ-də güclü zəlzələ baş veribDünya

ABŞ-də güclü zəlzələ baş verib

Amerika Birləşmiş Ştatlarının Nevada ştatında 5.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu gün
08:520
Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırırDünya

Kolumbiya hökuməti Eskobarın gətirdiyi begemotların sayını azaltmağı planlaşdırır

Kolumbiya hakimiyyəti 1980-ci illərdə narkobaron Pablo Escobar tərəfindən ölkəyə gətirilmiş begemotların sayının azaldılması üçün tədbirlər görmək niyyətindədir.

Bu gün
08:360
ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?Dünya

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.

Bu gün
08:280
Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadırDünya

Alimlərdən həyəcan təbili: Balinalar təhlükə altındadır

İqlim dəyişiklikləri nəticəsində boz balinalar adi miqrasiya marşrutlarından kənara çıxaraq San-Fransisko körfəzinə daxil olur və burada gəmilərlə toqquşmalar səbəbindən tələf olurlar.

Bu gün
07:420