
Cəlilabadda ağır qəza: Yaralanan şəxslərin son vəziyyəti açıqlandı
Cəlilabad rayonunda baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Cəlilabad rayonunda baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Cəlilabad rayonu ərazisində 26.04.2026-cı il tarixində saat 17:00-da baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 4 nəfər (kişi) Cəlilabad Rayon Mərkəzi Xəsyəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Onlardan 2002-ci il təvəllüdlü şəxslərdən birinin müalicəsi Təcili tibbi yardım şöbəsində, digərinin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Digər 2 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Şükufə Süleymanlı
Cəlilabadda baş verən qəzada yaralanan şəxslərin adları məlum olub.
Gundem.today xəbər verir ki, qəza zamanı yaralananlar - 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 1977-ci il təvəllüdlü Zaur Tahirov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev, 1999-cu il təvəllüdlü Yusif Nəzərov və 2012-ci il təvəllüdlü Həzrətəli Tahirov olublar.
Şükufə Süleymanlı
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Gundem.today-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Zopun kəndi ərazisində baş verib.
Qəza zamanı "Lada" və VAZ-2106 toqquşub.
Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.
Şükufə Süleymanlı
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar və hazırda onlara tibbi yardım göstərilir.
Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.
CəmiyyətYerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və baz
CəmiyyətRadiasiyalı ərazidə altı ay: Çernobıl faciəsindən sonra bütün həyatı dəyişən azərbaycanlı - FOTO
1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasında baş verən partlayış milyonlarla insanın həyatında silinməz izlər qoyub.
CəmiyyətGəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb
Gəncədə baş verən qəzada yaralanan şəxsin son vəziyyəti açıqlanıb.