
Radiasiyalı ərazidə altı ay: Çernobıl faciəsindən sonra bütün həyatı dəyişən azərbaycanlı - FOTO
1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasında baş verən partlayış milyonlarla insanın həyatında silinməz izlər qoyub.
1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasında baş verən partlayış milyonlarla insanın həyatında silinməz izlər qoyub.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, bu faciənin ağır nəticələrini yaşayan insanlardan biri də hərbi komissarlığın göndərişi ilə bütün həyatı dəyişən Nəriman Rəhimov olub.
"Bakı Metropoliteni"ndə suvaqçı-rəngsaz kimi çalışan Nəriman Rəhimov Çernobıl faciəsi baş verdikdən bir neçə ay sonra əraziyə göndərilib. Anasının xəstə olmasına baxmayaraq Çernobıla yollanıb və altı ay ərzində radiasiyalı ərazidə xidmət edib. Bu müddətdə ərazinin beton hasara alınması və təhlükəsizlik tədbirlərinin görülməsi işlərində iştirak edib.
Onun yaddaşından silinməyən məqamlardan biri isə tərk edilmiş şəhər mənzərəsi olub. Evakuasiya səbəbilə insanlar tələsik ərazini tərk etdikləri üçün evlərdə yarımçıq qalan gündəlik həyatın izləri onun hələ də gözlərinin önündən getmir.
Deyir ki, yığışdırılmamış süfrələr, həyətlərdə olduğu kimi qalan maşınlar sanki burada nə qədər dəhşətli bir hadisənin baş verdiyini səssiz formada danışırdı. Şəhərdə yalnız yaşlı bir cütlük qalıb, onlar isə ömürlərinin son günlərini öz evlərində keçirmək istədikləri üçün getməyiblər.
Nəriman Rəhimov həmin cütlüyün sonrakı aqibəti barədə məlumat əldə edə bilmədiyini bildirir. O, buradakı təhlükənin müəyyən qədər fərqində idi, radiasiyanın zərərli olduğunu bilirdi. Lakin əraziyə əmrlə göndərildiyi üçün seçim imkanı olmayıb. Sonradan eşitdiyi məlumatlar və gördükləri onun şəxsi seçimlərinə də təsir edib. Çernobıldan qayıdan insanların övladlarında müxtəlif sağlamlıq problemləri yarandığı üçün evlənməmək qərarına gəlib.
Bakıya, evinə qayıtdıqdan sonra isə müxtəlif yerlərdə fəhlə kimi işləyərək dolanmağa başlayıb. O, əvvəldən çətinliklə keçən 68 illik həyatının Çernobıldan qalmış baş və bədən ağrıları ilə daha da çətinləşdiyini deyir. Bu gün həmin illərin səssizliyi yaddaşında bəzən çətinliklə xatırladığı, qırıq-qırıq hekayələr kimi yaşayır. Sanki zaman Çernobılda dayanıb, Nəriman Rəhimov isə oradan heç vaxt qayıtmayıb.
Altı ay radiasiyalı ərazidə işləyən Çernobıl iştirakçısı Nəriman Rəhimov ilə olan fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPsixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar?
Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. Səkkizinci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı.
CəmiyyətXəzər dənizində yenidən zəlzələ oldu
Xəzər dənizində yenidən zəlzələ baş verib.
CəmiyyətKürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.
CəmiyyətYerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və baz