
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.
Gundem.today bu barədə UEFA-nın saytına istinadən xəbər verir.
Münhen təmilçisi cavab oyununda "Real Madrid"i 4:3 hesabı ilə məğlub edib, M.Olise isə qələbə qolunun müəllifi olub.
Həftənin ən yaxşı oyunçusu siyahısında ikinci yeri PSJ-nin hücumçusu Usman Dembele tutub. Üçüncü yer "Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendiyə, dördüncü yer isə "Barselona"nın yarımmüdafiəçisi Dani Olmoya verilib.
Qeyd edək ki, M.Olise Çempionlar Liqasının cari mövsümündə 11 matçda iştirak edib, dörd qol vurub və yeddi məhsuldar ötürmə edib.
Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra həftənin ən yaxşı futbolçusu adına iddiaçıların siyahısı açıqlanıb.
Gundem.today xəbər verir ki, bu nüfuzlu mükafata sahib olmaq üçün PSJ-dən Usman Dembele, "Bavariya"dan Maykl Olise, "Barselona"dan Dani Olmo və "Arsenal"dan Martin Zubimendi mübarizə aparacaqlar.
Fəxri adın sahibinin kimliyinə isə səsvermə yolu ilə aydınlıq gələcək. Belə ki, qalib birbaşa UEFA-nın rəsmi internet səhifəsində təşkil olunan sorğunun nəticələrinə əsasən müəyyən ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan Avropa çempionatında növbəti medalını qazandı
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
İdmanArda Gülerdən "Real Madrid" azarkeşlərinə çağırış
İspaniya nəhəngi "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Güler komandasının UEFA Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.
İdman"Qol maşını" Oskar Kardozo karyerasını bitirdi
Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu, paraqvaylı qol ustası Oskar Kardozo 42 yaşında peşəkar karyerasını başa vurduğunu rəsmən elan edib.
İdmanAzərbaycan Avropa çempionatında medal hesabını açdı
Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb.