
Azərbaycan Avropa çempionatında növbəti medalını qazandı
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi Abdullah Parçiyevə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) bürünc mükafata sahib çıxıb. Avropa çempionatı aprelin 19-da başa çatacaq.
Azərbaycan milli komandası Tbilisinin ev sahibliyi etdiyi cüdo üzrə Avropa çempionatında ilk medal sevincini yaşayıb.
Gundem.today xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz Əhməd Yusifov çempionatı bürünc mükafatla başa vurub.
Cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə qalxmaq uğrunda həlledici görüşdə digər təmsilçimiz, komanda yoldaşı Balabəy Ağayevə qalib gəlib.
Məlumat üçün bildirək ki, qitə birinciliyinin həyəcanı aprelin 19-da yekunlaşacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Yuventus" və "Arsenal"ın keçmiş futbolçusu qəzada həlak oldu
"Yuventus" klubunun və Avstriya milli komandasının keçmiş qapıçısı Aleksandr Manninger 48 yaşında həlak olub.
İdmanÇempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı oyunçusu seçilib.
İdmanArda Gülerdən "Real Madrid" azarkeşlərinə çağırış
İspaniya nəhəngi "Real Madrid"in gənc yarımmüdafiəçisi Arda Güler komandasının UEFA Çempionlar Liqası ilə vidalaşmasına münasibət bildirib.
İdman"Qol maşını" Oskar Kardozo karyerasını bitirdi
Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu, paraqvaylı qol ustası Oskar Kardozo 42 yaşında peşəkar karyerasını başa vurduğunu rəsmən elan edib.