
Cənubi Koreyada donor toxumaları estetik məqsədlərlə istifadə olunacaq
Cənubi Koreyada ilin sonuna qədər donor insan dərisindən əldə edilən hüceyrədənkənar matris (ECM) əsasında yeddi yeni kosmetik məhsulun satışa çıxarılması gözlənilir. Bu məhsulların tərkibində donor toxumasından alınan kollagen də yer alacaq.
Cənubi Koreyada ilin sonuna qədər donor insan dərisindən əldə edilən hüceyrədənkənar matris (ECM) əsasında yeddi yeni kosmetik məhsulun satışa çıxarılması gözlənilir. Bu məhsulların tərkibində donor toxumasından alınan kollagen də yer alacaq.
Gundem.today xəbər verir ki, bu barədə "The Korea Herald" nəşri xəbər verib.
Sözügedən preparatlar sintetik və biomühəndislik analoqlarına alternativ kimi təqdim edilən inyeksiya məhsullarıdır və dərinin cavanlaşdırılması məqsədilə istifadə olunur. Bu kateqoriyadan olan ilk məhsullar 2024-cü ildə bazara daxil olub və hazırda onların sayının artması müşahidə edilir.
Lakin bu yenilik ciddi müzakirələrə səbəb olub. Tənqidçilər bazarın faktiki olaraq "boz zona"da olduğunu bildirirlər. Seulda fəaliyyət göstərən "Yoon & Yang" firmasının vəkili Kvon Don Çjunun sözlərinə görə, mövcud nəzarət mexanizmləri əsasən yalnız infeksiyalar və çirklənmə ilə bağlı testlərlə məhdudlaşır. Klinik sınaqlar və biotəhlükəsizlik tələbləri isə dərmanlar və digər tibbi məhsullarla müqayisədə xeyli yumşaqdır.
Məsələnin etik tərəfi də ciddi narahatlıq doğurur. Bəzi ekspertlər donor toxumalarının kosmetik məqsədlərlə istifadəsinin, ölkədə onsuz da aşağı olan (ildə təxminən 200 hal) könüllü orqan donorluğu səviyyəsini daha da azaldacağından ehtiyat edirlər.
Qeyd edək ki, əvvəllər bu cür materiallar yalnız yanıqların müalicəsi və bərpaedici (rekonstruktiv) cərrahiyyədə istifadə olunurdu. Lakin estetik tibbə olan yüksək tələbat fonunda bu toxumalar getdikcə daha çox gözəllik məqsədilə tətbiq olunur. 1 000-dən çox yetkin şəxs arasında aparılan sorğuya əsasən, respondentlərin təxminən 60%-i insan toxumalarının kosmetik məqsədlər üçün istifadəsinə qadağa və ya ciddi məhdudiyyətlər qoyulmasını dəstəkləyir.
Cənubi Koreya hökuməti isə bildirir ki, bu texnologiyaların həyati əhəmiyyətli tibbi istifadəsini məhdudlaşdırmamaq üçün tənzimləmələrdə ehtiyatlı davranacaqlar. Bununla yanaşı, estetik seqmentdə bu cür prosedurların reklamına nəzarətin gücləndirilməsi və reklamların məhdudlaşdırılması istiqamətində tədbirlər nəzərdən keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEO
Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.
DünyaABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
Dünya"Crocus"da terror törədənlərin qaldığı hostelin rəhbəri də cinayətkar olub
Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktını həyata keçirənlərin qeyri-qanuni qaldığı hostelin rəhbəri əvvəllər qətl işinə görə 11 il həbsdə olub.
DünyaABŞ atəşkəs pozulacağı halda İranın hansı rəsmilərini vuracağını BƏYAN ETDİ
Atəşkəs rejimi pozulacağı təqdirdə ABŞ İranın Hörmüz boğazında yerləşdirdiyi müdafiə sistemlərinə zərbələr endirməyi planlaşdırır.