Son dəqiqə
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcəkBakıda KIA-lara qənim kəsilən şəxslər saxlanıldılar - VİDEOSAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEOŞahin Bağırov: "Temu" ilə bağlı mövcud limitdə dəyişiklik edilməyəcək"Şahin Bağırovdan "Temu" bağlamalarının gecikmə səbəbi ilə bağlı AÇIQLAMASeymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - ÖZƏL
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı
Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı
Dünya

Cənubi Koreyanın sabiq prezidentinin həbs müddəti artırıldı

Bu gün
15:50
0 baxış
Paylaş:

İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.

İkinci instansiya məhkəməsi Koreya Respublikasının sabiq prezidenti Yun Sok Yola qarşı hakimiyyət orqanlarına mane olma işi üzrə cəzanı ağırlaşdıraraq azadlıqdan məhrumetmə müddətini yeddi ilə qədər artırıb.

Gundem.today xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2026-cı il yanvarın 16-da birinci instansiya məhkəməsi keçmiş dövlət başçısını həbsə mane olmaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. 2025-ci ilin yanvarında prezidentin mühafizə xidməti hüquq-mühafizə orqanları əməkdaşlarına Yun Sok Yolu Seuldakı iqamətgahında saxlamağa imkan verməyib. Bunu yalnız ikinci cəhddə reallaşdırmaq mümkün olub. Xatırladaq ki, Yun Sok Yol 2025-ci ilin aprelində prezident vəzifəsindən kənarlaşdırılıb. Sözügedən iş üzrə prokurorluq onun üçün 10 il həbs cəzası tələb edirdi. Koreya Respublikasında ümumi yurisdiksiya işləri üzrə məhkəmə sistemi apellyasiya instansiyası və Ali Məhkəmə daxil olmaqla üç pillədən ibarətdir.

Ümumilikdə Yun Sok Yol təqsirləndirilən şəxs qismində səkkiz məhkəmə prosesində iştirak edir. 2026-cı ilin fevral ayında onlardan biri - qiyam işi üzrə sabiq prezident ömürlük həbs cəzasına məhkum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Yun_Sok_Yol#Cənubi_Koreya#məhkəmə#həbs_cəzası#sabiq_prezident#apellyasiya_məhkəməsi#siyasət#qiyam_işi#Yonhap.

Oxşar Xəbərlər

SAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEODünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarını tapdı - FOTO - VİDEO

İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisində "Hizbullah" təşkilatına məxsus silah-sursatla dolu atəş mövqeyi və minalanmış çuxur aşkar edib.

Bu gün
16:300
"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırırDünya

"OpenAI" məhkəməsi: İlon Mask Sem Altmanı təşkilatı mənimsəməkdə günahlandırır

"Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask "OpenAI" şirkətinin icraçı direktoru Sem Altmana qarşı qaldırdığı məhkəmə işinin ilk iclasında çıxış edib. Bu proses, hər iki şəxs süni intellekt sahəsində rəqib şirkətlərə rəhbərlik etməzdən əvvəl yaranmış uzunmüddətli ixtilafın ən yüksək həddi hesab olunur.

Bu gün
16:140
Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyatDünya

Krasnodarda ermənilərin başçılıq etdiyi cinayətkar dəstə ilə bağlı əməliyyat

Krasnodarda (Rusiya) mütəşəkkil cinayətkar dəstəyə qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışlar aparılıb.

Bu gün
15:580
Rusiya da OPEC+ alyansını tərk edir?Dünya

Rusiya da OPEC+ alyansını tərk edir?

"Rusiya OPEC+ sazişindən ayrılmaq variantını gündəmində saxlamır".

Bu gün
15:340