
"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
Gundem.today xəbər verir ki, "Karvan-Yevlax"la keçirilən qarşılaşmanın 64-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan Aleksey İsayev ikioyunluq cəza ilə üzləşib.
Bu hadisəyə görə klub əlavə olaraq 1 000 manat cərimə olunub.
Bundan başqa, matç başa çatdıqdan sonra meydana kənar şəxsin daxil olması və bu halın mövsüm ərzində üçüncü dəfə təkrarlanması səbəbindən "bayquşlar" daha 6 500 manat cərimə ödəyəcəklər.
Qarşı tərəfdə də - "Karvan-Yevlax" cəzadan yayınmayıb. Komandanın futbolçusu Qavi Tompson ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün biroyunluq cəza alıb. Klub isə bu epizoda görə 500 manat məbləğində cərimələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanÇempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
PSJ futbol klubunun hücumçusu Usman Dembele UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.
İdman"Neftçi" Vensan Abubakarla yolları niyə ayırmaq istəyir? - VİDEO
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışı yayımlanıb.
İdmanBakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.
İdmanLukas Torreyranın "Qalatasaray"dakı gələcəyi bəlli oldu - Yekun qərar
"Qalatasaray" forması altında ardıcıl dördüncü çempionluğunu qazanmağa yaxın olan uruqvaylı futbolçu Lukas Torreyra gələcəyi ilə bağlı yekun qərarını verib.