
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.
Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.
Gundem.today Xəzər TV-yə istinadla xəbər verir ki, tələbatın çoxalması qəssabların da bu heyvanın kəsiminə marağını artırıb.
Hazırda çəpiş ətinin qiyməti satış yerindən asılı olaraq dəyişir və bəzi hallarda quzu əti ilə eyni səviyyəyə çatır. Satıcılar bildirirlər ki, bu ətin əsas üstünlüyü onun yumşaqlığı və spesifik dadındadır. Heyvanın yaşı və çəkisi ətin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdir. Qəssabların sözlərinə görə, çəpiş müəyyən çəkiyə çatdıqdan sonra kəsim üçün daha uyğun hesab olunur.
Çəpiş ətinin digər bir xüsusiyyəti isə pəhriz əhəmiyyətli olmasıdır. Satıcılar qeyd ediblər ki, arterial təzyiqdən əziyyət çəkən şəxslər daha çox bu əti almağa üstünlük verirlər. Çəpiş ətinə maraq adətən payız-qış mövsümündə pik həddə çatır.
Ekspertlər və satıcılar yaxın aylarda tədarükün artması ilə əlaqədar qiymətlərin nisbətən enəcəyini proqnozlaşdırırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatDünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilər
ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bir aydan artıqdır ki, davam edir. ABŞ və İsrail havada və suda üstünlüyə nail ola biliblər, lakin bu, İran raketlərinin və dronlarının İsrail şəhərlərinə və Körfəz ölkələrinə davam edən hücumlarının qarşısını almır. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.
İqtisadiyyatSOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.
İqtisadiyyatNİİM videodivarları yeniləyır: Dörd milyondan çox pul xərcləməyi düşünür
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində NİİM-in "Barco" videodivar sistemləri və proqram təminatı yenilənir. Paytaxt nəqliyyatının intellektual idarəetməsi üçün həyata keçirilən bu layihəyə 4.2 milyon manat xərclənəcək. Təfərrüatlar xəbərdə.
İqtisadiyyatTDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.