Son dəqiqə
Tehrandan sərt xəbərdarlıq: "Cəhənnəm qapıları açılacaq"SAXAL İranda 120 hədəfi atəşə tutubİranda uçuşlara qadağanın vaxtı uzadıldı: Hava məkanı nə vaxt açılacaq?"İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"Tim Tszyu "WBO International" kəmərinin sahibi olduKeşləni su basdı: Vətəndaşlar təxliyə edilirlər - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Dünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilər
Dünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilər
İqtisadiyyat

Dünya iqtisadiyyatı uçurumun kənarında: Neftin qiyməti 200 dollara yüksələ bilər

Bu gün
00:36
2 baxış
Paylaş:

ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bir aydan artıqdır ki, davam edir. ABŞ və İsrail havada və suda üstünlüyə nail ola biliblər, lakin bu, İran raketlərinin və dronlarının İsrail şəhərlərinə və Körfəz ölkələrinə davam edən hücumlarının qarşısını almır. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.

ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bir aydan artıqdır ki, davam edir. ABŞ və İsrail havada və suda üstünlüyə nail ola biliblər, lakin bu, İran raketlərinin və dronlarının İsrail şəhərlərinə və Körfəz ölkələrinə davam edən hücumlarının qarşısını almır. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.

"Bloomberg" yazır ki, dünya tarixin ən böyük iqtisadi sarsıntılarının astanasındadır və böhran Asiyaya ağır zərbə vurub, Avropaya yaxınlaşır. Ekspertlərin gəldiyi qənaət budur ki, əgər Hörmüz boğazı yaxın vaxtda açılmasa, qlobal iqtisadi çöküşün qarşısını almaq mümkün olmayacaq. ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib: "Mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın". Lakin istənilən halda neft tədarükü sahəsində tarixin ən böyük sarsıntıları artıq bir aydır ki, davam edir. Qiymətlər sürətlə yüksəlir, çatışmazlıq isə Tailanddan Pakistana qədər bütün Asiyada hiss olunur. Enerji sektoru xəbərdarlıq edir ki, bu, yalnız başlanğıcdır. "Bu yaxınlarda təxminən 40 qaz treyderi, şirkət rəhbəri, broker, yükdaşıyıcı və məsləhətçi ilə aparılan söhbətlərdə dəfələrlə eyni fikir səslənib: dünya hələ vəziyyətin ciddiliyini tam dərk etməyib", - "Bloomberg" yazıb.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

İranın inadkarlıqla boğazı bağlı saxlaması Avropa və Amerikada böyük narahatlıqla qarşılanır. Yanacağın qiymətinin artması ABŞ-də insanların etirazına səbəb olub, Fransa və İtaliyada kütləvi aksiyalar keçirilir. "Goldman Sachs" və "Barclay's" kimi iri investisiya banklarının analitikləri hesab edirlər ki, neftin bir barelinin qiymətinin 130 və 140 dollara çatması dünya iqtisadiyyatı üçün problemlər yaradır. Neftin nəqlindəki problem davam etsə, vəziyyət daha da çətinləşəcək. "Oxford Economics" təhlilçiləri bildiriblər ki, boğaz daha üç həftə bağlı qalsa, neftin qiyməti 200 dollara kimi arta bilər. Nəzərə çatdırılıb ki, 1973-cü ildə Ərəbistan neftinə tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti dörd dəfə artmışdı. 1979-cu ildə isə İrandakı inqilabdan sonra tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti 150 faiz artmışdı. Təcrübə göstərir ki, dünya bazarına neftin nəql olunmasında problemlər nəticəsində bütün malların qiyməti artır və inflyasiya baş verir.

Amma bu müharibədən qazananlar da var. Bəs onlar kimlərdir? Qazananlar sırasında daha çox Norveç, Kanada və Rusiyanı göstərmək olar. Faktiki blokada və enerji infrastrukturuna hücumlar Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrə ciddi zərbə vurub. Nəticədə alıcılar alternativ mənbələr axtarır və bu durumda Norveç və Kanada kimi ölkələr qazanır. Kanadanın energetika naziri Tim Hocson öz ölkəsini "sabit, etibarlı, proqnozlaşdırıla bilən, dəyərlərə əsaslanan enerji istehsalçısı" kimi təqdim edib. Lakin Kanadanın da neft hasilatını nə dərəcədə artıra biləcəyi barədə suallar qalır.

ABŞ isə faktiki olaraq Körfəz ölkələrinin hesabına Moskvaya əhəmiyyətli qazanc təmin etmək riski ilə üz-üzədir. Vəziyyətdən potensial olaraq qazanan başqaları da var. Bəzi ölkələrdə kömür istifadəsi artır, onun qiymətləri də yüksəlir və bu, böyük kömür ixracatçıları, məsələn, İndoneziya üçün imkanlar yaradır. Bəs ABŞ-nin özü necə? Prezident Donald Tramp iddia edir ki, neft qiymətlərinin artması ilə ABŞ "çoxlu pul qazanır". Həqiqətən, ABŞ neft şirkətləri bu il neft qiymətləri cari səviyyədə qalarsa, milyardlarla dollar əlavə gəlir əldə edə bilər. Lakin bu, tam da istənilən nəticə deyil. Bəzi şirkətlərin işinə Yaxın Şərqdəki istehsal fasilələri təsir edir. Məsələn, "ExxonMobil" Qətərin ən böyük sənaye mərkəzlərindən biri olan Ras-Laffanda fəaliyyət göstərir. Orada istehsal martın əvvəlindən dayandırılıb, bu yaxınlarda isə obyekt İranın raket zərbələrinə məruz qalıb ki, bu da "əhəmiyyətli dağıntılara" səbəb olub. İkincisi, topdansatış qiymətlərinin düşməsi fonunda güclər illərdir azaldılırdı və indi bir çox şist nefti istehsalçıları hasilatı tez artıra bilmir. Adambaşına hesablandıqda amerikalılar dünyanın ən böyük neft və qaz istehlakçılarıdır. "Oxford Economics" iqtisadçıları xəbərdarlıq edirlər ki, əgər neftin bir bareli 140 dollara yüksəlsə, ABŞ iqtisadiyyatında daralma başlaya bilər. Təbii ki, bu baxımdan yalnız amerikalılar narahat deyillər. Avropa istehlakçıları, xüsusilə Böyük Britaniya sakinləri, idxal olunan qazdan asılıdır və bu, iqtisadi artım üçün yüksək risk deməkdir.

Təbii ki, ən böyük birbaşa təhlükə Hörmüz boğazından şərqə doğru göndərilən neft və mayeləşdirilmiş qazın ənənəvi alıcıları üçün yaranıb. Asiya Yaxın Şərqdən gələn neftin 59%-ni alır. Cənubi Koreyada bu göstərici 70%-dir. Hadisələrin dəqiq necə inkişaf edəcəyi, təbii ki, münaqişənin bundan sonrakı gedişindən asılıdır. Əgər müharibə uzanarsa, təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünya iqtisadiyyatının zərər görə biləcəyi riski

#İqtisadiyyat#İran-İsrail_münaqişəsi#Hörmüz_boğazı#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İran#İsrail#Neft_məhsulları#Donald_Tramp

Oxşar Xəbərlər

Çəpiş ətinə tələbat niyə artıb? - VİDEOİqtisadiyyat

Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO

Son dövrlərdə ət bazarlarında çəpiş ətinə marağın kəskin artması müşahidə olunur.

Bu gün
23:240
SOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTOİqtisadiyyat

SOCAR-ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.

Bu gün
16:001
NİİM videodivarları yeniləyır: Dörd milyondan çox pul xərcləməyi düşünürİqtisadiyyat

NİİM videodivarları yeniləyır: Dörd milyondan çox pul xərcləməyi düşünür

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində NİİM-in "Barco" videodivar sistemləri və proqram təminatı yenilənir. Paytaxt nəqliyyatının intellektual idarəetməsi üçün həyata keçirilən bu layihəyə 4.2 milyon manat xərclənəcək. Təfərrüatlar xəbərdə.

Bu gün
13:441
TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEOİqtisadiyyat

TDT-yə üzv dövlətlərlə iqtisadi əməkdaşlıq Azərbaycana nələr vəd edir? - VİDEO

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır.

Dünən
01:122